44 günlük müharibə və həmsədrlərin turist səfəri - VİDEO
Prezident İlham Əliyevin ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edərkən dediyi sözlər təkcə 44 günlük müharibənin deyil, ümumilikdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesinin qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi. Dövlət başçısı çıxışında qətiyyətini bir daha nümayiş etdirərək həmsədrlərə Vətən müharibəsində qazandığımız qələbənin səbəblərini, regionda yaranmış yeni mövcud şəraiti xatırlatdı. Prezident nitqində həm beynəlxalq ictimaiyyətə, həm də Ermənistan rəhbərliyinə açıq-aydın və mövcud vəziyyətə adekvat mesajlar verdi. Azərbaycan Ermənistanın 30 ilə yaxın davam edən təcavüzünə hərbi-siyasi vasitələrlə son qoydu, "Dağlıq Qarabağ münaqişəsi" anlayışı artıq tarixə qovuşdu. Ancaq müvafiq mandata sahib olan ATƏT-in Minsk qrupu 28 il ərzində münaqişənin həllində heç bir rol oynamadı. Əksinə, müxtəlif vasitələrlə prosesin uzadılmasına səbəb oldu.
BMT Təhlükəsizlik Şurasının 3 daimi üzvünün bacarmadığına Azərbaycan cəmi 44 günə nail oldu. BMT-nin Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyən 4 məlum qətnaməsi, eləcə də digər beynəlxalq təşkilatların qərarları masa üzərindən kənara çıxmadı. Bütün bunlara baxmayaraq, münaqişə artıq həll olunub. "Münaqişənin hərbi həll yolu yoxdur" deyənlərin indi özləri də anlayırlar ki, belə bir yol var idi və onlar, sadəcə mövcud vəziyyəti olduğu kimi saxlamaq istəyirdilər.
Bəs bundan sonra ATƏT-in Minks qrupunun həmsədrlərinin fəaliyyəti nədən ibarət olmalıdır? Artıq status-kvo, Madrid prinsipləri kimi anlayışların olmadığı bu yeni dövrdə həmsədrlər regiondakı mövcud reallığı qəbul etməli və xalqların sülhə hazırlanması, etimad quruculuğu, etnik barışığın təmin olunması kimi məsələlərlə məşğul ola bilərlər. Bunun üçün isə ilk növbədə Fransa kimi dövlətlər qərəzli mövqeyini tez bir zamanda dəyişdirməlidirlər.
Digər tərəfdən, münaqişənin həllində Azərbaycan tərəfi həmişə vədinə əməl edib, beynəlxalq ictimaiyyətlə və təşkilatlarla səmimi olub, niyyətini və məqsədini açıq-aydın ifadə edib. Ermənistan rəhbərliyi isə hələ də öz xalqını və beynəlxalq aləmi aldatmaqla məşğuldur. Azərbaycan isə müharibəni erməni xalqı ilə deyil, torpaqlarımızı 30 ildir işğalda saxlayan təcavüzkar Ermənistan rəhbərlikləri ilə apardı. Noyabrın 10-da imzalanan üçtərəfli bəyanat da bunu bir daha sübut edir və bundan sonra həm Azərbaycan dövləti, həm də bölgədə yaradılan sülhməramlı missiya Azərbaycanda yaşayan ermənilərin təhlükəsiz və ləyaqətli yaşayışını təmin edəcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1100 Tarix: 13 dekabr 2020
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş
Kütləvi zəhərlənmə olduğu deyilən bağçanın müdiri: "Bloqer məni şantaj etdi"
Sosial şəbəkələrin "Facebook" seqmentində bəzi valideynlər Abşeron rayonu, Masazır kəndində yerləşən "Esmanur" özəl uşaq bağçasında 4 gün öncə kütləvi zəhərlənmə hadisəsinin olduğunu iddia ediblər. Valideynlərin sözlərinə görə, rəhbərlik zəhərlənmənin tortdan olduğunu bildirib, laki
14:47 348 Qar yağacaq, yollar buz bağlayacaq
Fevralın 9-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Gündüz tədricən kəsiləcək. Arabir güclənən şimal-qərb küləy
12:38 510 Bakıda küçədən F1 əl qumbarası aşkarlanıb
Bakıda əl qumbarası aşkarlanıb. Bu barədə -a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu ərazisində sursat aşkar edilməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetm
13:09 228 MSK seçki subyektləri ilə bağlı materialları araşdırılmaq üçün Baş Prokurorluğa göndərəcək
Mərkəzi Seçki Komissiyasında (MSK) yanvarın 29-da keçirilmiş bələdiyyə seçkiləri ilə bağlı daxil olan növbəti müraciətlərə baxılıb. "Report" xəbər verir ki, müraciətləri MSK-nın və Ekspert qrupunun üzvləri Fuad Cavadov, Qabil Orucov, Baxşeyiş Əsgərov təqdim ediblər. Qeyd olunub ki, müraciətlərdə
22:20 29 "Telegram"da investisiya və yatırım adı ilə dələduzluq edən şəxs saxlanılıb
Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində sosial şəbəkədə qazanc əldə etmək adı ilə vətəndaşı aldadaraq onun maddi vəsaitini ələ keçirən paytaxt sakini 33 yaşlı Məhərrəm Ağarzayev saxlanılıb . -ın xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətini
21:10 97 DİQQƏT! Küləkli hava bu tarixədək davam edəcək
Saat 15:30-a olan məlumata əsasən, ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti davam edir. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən məlumata görə, ölkə ərazisində müşahidə olunan yağıntılı və küləkli hava şəraiti fevralın 10-dək davam edəcək. Belə ki, Kəlbəcər, Laçın, Daşkəsən, Gədəbəy
16:16 469 Prezidentlə xanımının yeni açılan parkda gəzintisinin videosu
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda metronun "Gənclik" stansiyasının yaxınlığında "Antena" sahəsi adlanan ərazidə yeni yaradılan parkın açılışında iştirak ediblər. BİG.AZ açılışdan videogörüntüləri təqdim edir:
10:22 420 "Bakı Metropoliteni"nin kommunikasiya departamentinə yeni rəis təyin olunub
Şaban Kamal oğlu İmkani "Bakı Metropoliteni" QSC-nin Kommunikasiya departamentinin rəisi vəzifəsinə təyin edilib. "Report" səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, Şaban İmkani 1985-ci ildə anadan olub. 2003-2007-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin İnformatik
15:10 187 Azərbaycanda iş qrafiki dəyişdiriləcək? - MÜHÜM AÇIQLAMA
Bakıda nəqliyyat axınını optimallaşdırmaq məqsədilə dövlət qurumları, təhsil və tibb müəssisələrinin iş rejimi dəyişkən qrafikə əsasən tənzimlənəcək. Bu məsələdə iş saatları ilə bərabər, istirahət günlərinin dəyişdirilməsi də real hesab edilir. Bakıda bəzi sahələr üzrə iş qrafikinin dəyişdirilməsi gündəmdədir
17:20 238