PKK-nın 20 illik gizli arxivi ƏLƏ KEÇİRİLDİ

PKK-nın 20 illik gizli arxivi ƏLƏ KEÇİRİLDİTürkiyənin Diyarbakır vilayətinin Lice çölündə PKK-ya qarşı əməliyyat zamanı terror təşkilatının 20 illik gizli arxivi ələ keçirilib.

BiG.AZ konkret.az-a istinadən xəbər verir ki, bu barədə "Sabah" qəzeti məlumat yayıb.

Arxivdəki məlumatlar və etiraf edənlərin verdikləri bilgilər əsasında PKK-nın məşhur terrorçusu ələ keçib. Tutulan terrorçunun təşkilatın liderləri Murad Karayılan və Cəmil Bayıkın poçtalyonu olduğu öyrənilib.

R.G. adlı terrorçunun PKK liderlərindən aldığı məlumatları Lice çölündə terrorçulara çatdırdığı və son vəziyyəti terror liderlərinə bildirdiyi vurğulanıb.

R.G.-nin təşkilatın tez-tez Dəməşq,Metina və Zapa getdiyi və buradan təlimat aldığı bildirilib.

Terrorçunun sağ ələ keçməsi məlumatların PKK-nın dağlardakı birliklərinin dağılmasını daha da sürətləndirəcəyi və fərqli əməliyyatların başlayacağı iddia edilib.

Karayılan və Bayıkın poçtalyonu dindirildikdən sonra həbsxanaya göndərilib. Digər tərəfdən, əməliyyatın noyabrın 13-də həyata keçirildiyi və gizlilik baxımından daha sonra açıqlandığı bildirilib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1396   Tarix: 05 dekabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş