Bu kənddə heç kim KORONAVİRUSA YOLUXMAYIB - VİDEO

Bu kənddə heç kim KORONAVİRUSA YOLUXMAYIB - VİDEOTürkiyənin Aliobası kəndində bugünə qədər heç bir koronavirus hadisəsinə rastlanmayıb.

BiG.AZ Sonxeber.az-a istinadən xəbər verir ki, buna səbəb kəndə rəhbərik edən şəxsin virusun ortaya çıxdığı ilk andan etibarən çox sərt tədbirlər görməsidir.

Belə ki, 200 metr yüksəklikdə olan kənddə yaşayan vətəndaşlar gündəlik həyatlarına davam edərkən maska, məsafə və gigiyena məsələlərinə diqqət yetirirlər. Kənd muxtarı Ramazan Tığ kənddə yaşayan vətəndaşları davamlı ziyarət edir, maskalar taxmaq, məsafəyə və gigiyenaya əməl etmələrinə diqqət yetirir.

O, hər gün müəyyən vaxtlarda qapı-qapı gəzir və vətəndaşlara maskalar paylayır. Kənddə yaşayan insanların çox təcili ehtiyacı olduğu halda kəndi tərk etmələrinə icazə verir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2438   Tarix: 05 dekabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş