Zəfər Günü hər il noyabrın 8-də qeyd ediləcək

Zəfər Günü hər il noyabrın 8-də qeyd ediləcəkAzərbaycan Respublikası Prezidentinin Administrasiyası məlumat yayıb.

BiG.AZ-ın xəbərinə görə, məlumatda deyilir:

Ermənistanın ardıcıl təxribatları və hərbi təcavüzünə cavab olaraq 2020-ci il sentyabrın 27-də Azərbaycan xalqı Ermənistanın otuz ilə yaxın davam edən işğalçılıq siyasətinə son qoymaq və torpaqlarımızı düşmən tapdağından azad etmək uğrunda Vətən müharibəsinə qalxmışdır. 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan xalqı tarixi qələbə qazanmış, ölkəmizin ərazi bütövlüyü bərpa olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında" 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən Vətən müharibəsində misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 10-nun Azərbaycanda Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınmışdır.

Bununla yanaşı, noyabrın 10-u Türkiyə Cümhuriyyətinin qurucusu, adı türk dünyasının tarixinə qızıl hərflərlə həkk olunmuş böyük şəxsiyyət Mustafa Kamal Atatürkün anım günüdür. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev demişdir: "Mustafa Kamal Atatürk sizin üçün nə qədər əziz və hörmətli olubsa, o qədər də azərbaycanlılar üçün əziz və hörmətlidir". Azərbaycanı ürəkdən sevən, "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir" deyən Mustafa Kamal Atatürk hər bir azərbaycanlının qəlbində özünə yer etmişdir, onun xatirəsi ölkəmizdə də böyük ehtiramla yad olunur.

Noyabrın 10-nun Türkiyədə Mustafa Kamal Atatürkün anım günü olduğunu nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zəfər Gününün tarixinin dəyişdirilməsi barədə qərar qəbul etmişdir.

Hər bir azərbaycanlı üçün əziz olan Qarabağın incisi Şuşa şəhərinin noyabrın 8-də iyirmi səkkiz illik əsarətdən qurtarılması müharibənin taleyində həlledici rol oynamış, düşmənin siyasi-hərbi rəhbərliyinin məğlubiyyəti etiraf etməsinə və hərbi əməliyyatları dayandırmasına səbəb olmuşdur.

Şuşa şəhərinin və onun işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq, xalqımızın döyüş əzminin və qüdrətinin təntənəsinə çevrilən, dövlətimizin gələcək inkişafı və nüfuzu baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbə - Zəfər Günü hər il noyabrın 8-də təntənəli şəkildə qeyd ediləcəkdir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1564   Tarix: 03 dekabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Nəzrin Mansurovanın ölümünün görünməyən SƏBƏBİ

"Hər bir tibb işçisi bilməlidir ki, insana xidmət ən ali və müqəddəs hissdir. Bu hiss heç bir halda şəxsi münasibət və maddiyyata köklənməməlidir". BİG.AZ -a istinadən xəbər verir ki, bunu professor, tibb elmləri doktoru Musa Qəniyev son günlər müzakirə obyektinə çevrilən, Nəzrin Mansurlunu

16:47 344
.

Silahla Nia və Furkanın evinə girib, qızıllarını oğurladılar

Tanınmış tiktokerlər Nia və Furkan Tiktoker cütlük Nia və Furkan Ağluç cütlüyünün evinə oğru girib. Axşam.az xəbər verir ki, bu haqda Furkan məlumat yayıb. O bildirib ki, maskalı və əlində silah olan şəxs evə girərək, Niyanı qorxudub:. "Evimizə oğru girib. Bizi güdüb, mən evdən çıxandan sonra arx

14:04 517
.

Lukaşenko: Qərbdəki ekstremistlər Belarusa müdaxiləyə hazırlaşır

Qərbdəki ekstemistlər 2030-cu ilə kimi Belarusa müdaxilə etməyə hazırlaşır. "Report" TASS-a istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, ABŞ və Avropa bunun üçün hərbi imkanlara sahibdir. Ölkə lideri iddia edi

26.01.2025 318
.

Həcc ziyarəti nə vaxt başlayacaq? - Tarix AÇIQLANDI

Ötən həftə həcc ziyarətinə getmək istəyən vətəndaşların qeydiyyatına başlanılıb. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə ilə həyata keçiriləcək. Bu il ölkəmiz üçün ayrılan kvota açıqlanmasa da, ötən illərlə müqayisədə daha az olacağı bildirilib. Qeyd edək ki, ötən il kvota 1500 nəfə

14:30 198
.

"Sehrli Şans Gecəsi" – "Azərlotereya"dan böyük yeniliklər

Ölkənin qanuni lotereya və idman mərc oyunları operatoru "Azərlotereya" innovativ yanaşmaları və oyunçulara təqdim etdiyi geniş yeniliklərlə ölkənin lotereya sektorunda əlamətdar bir səhifə açır. "Sehrli Şans Gecəsi" adlı təqdimat mərasimində şirkətin tirajlı lotereya oyunlarını

17:35 122
.

Nohurgöldə meyiti tapılan şəxs alimin oğlu imiş

3 gün əvvəl Qəbələ rayonundakı Nohur gölündə meyiti tapılan 40 yaşlı İlham Qəribli tanınmış şəxsin oğlu imiş. "Qafqazinfo"ya istinadən xəbər verir ki, bədbəxt hadisə nəticəsində dünyasını dəyişən şəxs AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professo

11:10 480
.

"Kredit riskləri artdığı üçün faizlərin artması normaldır"-EKSPERTDƏN AÇIQLAMA

Gündəlik şəxsi tələbatı ödəmək və ya hər hansı biznesi qurmaq üçün mütləq əlavə vəsaitə ehtiyac var. Bütün bu tələbatları qarşılamaq üçün isə kredit təşkilatlarına, xüsusən də banklara müraciət edirik. Əslində aldığımız kreditlər qeyd etdiyimiz bu dar çərçivədən də kənara çıxa bilər. Məsələn, ölkəd

13:02 233
.

Dünyanın ən böyük aysberqi sürətlə əriyir

1986-cı ildə Antarktika buzlağından qopan və bir il öncə açıq okeana çıxan dünyanın ən böyük aysberqi "A23a" kütləsinin təxminən 9%-ni itirib. TASS-a istinadən xəbər verir ki, bu barədə Arktika və Antarktika Tədqiqat İnstitutunun (AARI) mətbuat xidməti məlumat yayıb. Məlumata görə, aysber

26.01.2025 458
.

Lənkəranda törədilən iğtişaşlardan 35 il ötür: "Onlar müstəqilliyimizin əsasını qoydular"

Sovet Ordusunun 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törətdiyi qırğınlar 5 gün sonra Lənkəranın Haftoni meşələrində təkrarlanıb. Dinc sakinlər qanına qəltan edilib. Şəhid Salman Baxşıyevin qızı Nəzakət Baxşıyeva həmin hadisələri belə xatırlayır:. "20 Yanvar hadisələri baş verəndə 1

26.01.2025 266
.

TOP MP3