İlk dəfə süni ət satışına icazə verildi

İlk dəfə süni ət satışına icazə verildiDünyada ilk dəfə laboratoriyada istehsal olunan ət satışına icazə verilib. Bu yenilik Sinqapurda həyata keçiriləcək.

Bu barədə respublikanın Qida Agentliyi tərəfindən verilən açıqlamada deyilir.

"Alınan təklifləri qiymətləndirdikdən və təhlükəsizliyini təyin etdikdən sonra Sinqapurda ABŞ-ın "Eat Just" şirkətinə kultivasiya edilmiş toyuq ətinin satışına icazə verilib", - deyə məlumatda bildirilir.

"Eat Just" şirkətindən isə laboratoriyada istehsal olunan ətlərin mikrob tərkibinə görə əhəmiyyətli dərəcədə təmiz olduğu bildirilib.

"Aparılan analizlər daha yüksək miqdarda protein, müxtəlif amin turşuları, faydalı yağlar və minerallar göstərdi", - deyə şirkət vurğulayıb. /Oxu.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2021   Tarix: 02 dekabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş