Xankəndidə Azərbaycan bayrağı qaldırılacaq - VACİB AÇIQLAMA

Xankəndidə Azərbaycan bayrağı qaldırılacaq - VACİB AÇIQLAMA"Noyabrın 10-da imzalanmış birgə bəyanatda göstərilir ki, Ermənistan ordusu Dağlıq Qarabağdan tamamilə çıxarılacaq və orada nəzarəti Rusiya sülhməramlıları həyata keçirəcək. Təbii ki, burada söhbət ermənilərin yaşadığı ərazilərdən və Laçın koridorunun bir hissəsindən gedir. Ümumilikdə Xankəndi, Xocalı, Xocavənd də daxil olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətində olacaq".

BiG.AZ xəbər verir ki, bu sözləri Redaktor.az-a millət vəkili Elşad Mirbəşiroğlu deyib. O, əldə olunan razılaşmada ermənilərin yaşayacağı ərazilərin xüsusi statusunun olmadığını bildirib:

"Rusiya Prezidenti Vladimir Putin də öz çıxışında Dağlıq Qarabağ və ətraf rayonların beynəlxalq hüquqla Azərbaycan ərazisi olduğunu bildirib. Əgər orada status məsələsi yoxdursa, Ermənistanın həmin ərazilərdə heç bir hüququi təsiri yoxdur. Bir sözlə, Azərbaycanın digər rayonları hansı statusdadırsa, həmin ərazilər də o statusda olacaq. Ermənilər Xankəndi və digər rayonlarda ancaq Azərbaycan qanunları çərivəsində yaşayacaqlar. Lakin əvvəllər dövlətə qarşı təxribatlarda iştirak etmiş şəxslərin mövcudluğuna son qoymaq şərti ilə. Güman edirəm ki, Rusiya sülhməramlıları Azərbaycanla əməkdaşlıq çərçivəsində bu məsələləri ciddi şəkildə nəzarətdə saxlayacaqdır. Bütün hallarda, hesab edirəm ki, Azərbaycanın ortaya qoyduğu iradə qəbul edilib. Diqqət edin, sonuncu Rusiya sülhməramlı qüvvələri Azərbaycanın nəzarəti altında Xankəndinə getdi. Bu da onu göstərir ki, bütün proseslər Azərbaycan dövlətinin birbaşa nəzarəti altındadır. Bəzi məsələlər var ki, zamanla öz həllini tapacaq. Narahat olmağa əsas yoxdur".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2873   Tarix: 01 dekabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544