Koronavirus ən çox bu rayonlarda yayıldı

Koronavirus ən çox bu rayonlarda yayıldıAzərbaycanda COVİD-19 virusuna yoluxanların 53,5 faizi Bakıdadır.

BiG.AZ xəbər verir ki, paytaxt daxilində ən çox yoluxma yenə də 14,7 faizlə Binəqədi rayonundadır.

Sonrakı yerlərdə 12,7 faizlə Xətai, 11,6 faizlə Yasamal, 11,3 faizlə Sabunçu, 8,4 faizlə Suraxanı, 8,3 faizlə Nəsimi, 8 faizlə Nərimanov, 7,3 faizlə Nizami, 6,3 faizlə faizlə Qaradağ, 6,3 faizlə Xəzər, 4,8 faizlə Səbail, 0,3 faizlə Pirallahı rayonları qərarlaşıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu və virusun geniş yayılma tendensiyasının davam etdiyini nəzərə alaraq, bir daha vətəndaşları diqqətli olmağa, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə riayət etməyə, əhalinin sağlamlığının etibarlı qorunması və təhlükəsizliyinin təmin edilməsi məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara və müəyyənləşdirdiyi qaydalara tam əməl etməyə çağırır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2075   Tarix: 30 noyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş