Kosaçevdən ŞOK AÇIQLAMA: Bu, müharibəyə səbəb olacaq

Kosaçevdən ŞOK AÇIQLAMA: Bu, müharibəyə səbəb olacaq"Möhsün Fəxrizadənin öldürülməsi Yaxın Şərqdə böyük bir müharibəyə səbəb ola bilər".

Bu sözləri Rusiya Federasiya Şurasının Beynəlxalq işlər komitəsinin sədri Konstantin Kosaçev qeyd edib.

"Bu cinayətin arxasında kim dayanırsa dayansın, bölgədəki vəziyyəti dəyişməyə hədəfləyən bir terror hücumu kimi qələmə vermək olar. Bu səbəbdən hazırda bir çox şey əlbəttə ki, İranın qətllə bağlı istintaqının obyektivliyi və reaksiyasından, beynəlxalq ictimaiyyətin münasibətindən asılıdır", - K.Kosaçev vurğulayıb.

ABŞ mətbuatında yer alan döyüş gəmiləri qrupunun İran körfəzinə qayıtmaq üçün əmr verilməsi xəbərini xatırladan Kosaçev, bu əmrin Fəxrizadə sui-qəsdindən əvvəl verildiyini və ABŞ Mərkəzi Komandanlığının ötən həftə təcavüzün qarşısını almaq, təhlükəsizlik və sabitliyi təmin etmək üçün F-16 donanmasının Almaniyadan BƏƏ-yə göndəriləcəyini açıqladığını bildirib.

"Bütün bunlar görkəmli nüvə aliminin qətlindən qaynaqlanan genişmiqyaslı müharibənin hazırlığına dəlalət edir", - komitə sədri əlavə edib.(publika)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1684   Tarix: 29 noyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş