Köhnə məktəbi "qaldırıb" yeni yerə KÖÇÜRDÜLƏR - FOTO-VİDEO
Çinin Şanxay şəhərində məktəb binasını dağıtmadan yeri boşaltmaq üçün maraqlı ideyanı həyata keçiriblər.
BiG.AZ xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
Belə ki, çinlilər "Yeriyən maşın" adlanan qurğu vasitəsi ilə məktəbin binasını yerdən qaldıraraq yerini dəyişiblər.
Bunun üçün beşmərtəbəli məktəb binasına "robot ayaqları" rolunu oynayan təxminən 200 səyyar dirək bərkidilib. Onların hərəkəti xüsusi sensorlar vasitəsilə idarə olunub.
18 gün ərzində bina 21 dərəcə çevrilib və 62 metr kənara çəkilib.
Köçürülmə oktyabrın 15-də tamamlanıb.
Bina 1935-ci ildə Huanqpu ərazisində inşa edilib.
Layihənin baş texniki rəhbəri Lan Vutszinin sözlərinə əsasən, məktəb tarixi tikililəri qorumaq niyyəti ilə köçürülüb. Bu yolla inşası 2023-cü ilə qədər başa çatacaq yeni ticarət mərkəzinin tikintisi üçün yer boşaldılıb.
Köhnə bina mədəni maarif irsinin qorunma mərkəzi olacaq.
Belə bir köçürülmə Şanxayda ilk dəfə həyata keçirilib.
Natəvan Baxşiyeva
BiG.Az


Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş