Bu həftə karantin rejimi yenidən sərtləşdiriləcək?

Bu həftə karantin rejimi yenidən sərtləşdiriləcək?Azərbaycanda noyabrın 26-da yoluxma sayının kəskin artdığı müşahidə olundu. Belə ki, 3 705 nəfər koronavirusa yoluxub, 32 nəfər vəfat edib. Yoluxma sayı bu cür atma dinamikası ilə davam edərsə bu həftə karantin rejimi yenidən sərtləşdirilə bilərmi?

BiG.AZ xəbər verir ki, bununla bağlı Sonxeber.az-a danışan professor Adil Qeybulla bildirib ki, qoyulan məhdudiyyətlər öz müsbət nəticəsini verəcək:

"Məhdudiyyət tədbiq ediləndə sonra dərhal nəticə olmur. Yoluxduranlar əslində xeyli əvvəl bu xəstəliyə tutulanlardır. Onlar daha çox insanları yoluxdura-yoluxdura gedirlər. Çünki yoluxma səviyyəsi o qədər yüksəkdir ki, bunun birdən-birə enməsi real görünmür. Hesab edirəm ki, biz artıq kollektiv immunitetə doğru gedirik. Xəstələnmə sayı həddən artıq çoxdur. Gündəlik statistika həkimə müraciət edənlər və həkim müayinəsindən keçən şəxslərdir. Özləri evdə müxtəlif resptlərlə müalicə olunurlar.

Ona görə də hesab edirəm ki, qadağalarla yoluxma sayı azalan deyil. Buna zaman lazımdır ki, görülən tədbirlərin nəticəsini görə bilək. Amma yoluxma mənbələri qalmaqdadır. Əsas yoluxma mənbəyi ictimai nəqiliyyat və müxtəlif iaşə obyektlərinin fəaliyyətini davam etdirməsidir. Metro işləmədiyindən insanlarımız işə getmək üçün avtobuslardan istifadə edir. Bu da nəticədə sıxlıq yaradır. Amma yoluxma bu formada davam edərsə, yenidən sərtləşməyə gedilə bilər".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3505   Tarix: 27 noyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş