Ermənilərin başına külli miqdarda PUL QOYDUĞU qəhrəman - FOTO

Ermənilərin başına külli miqdarda PUL QOYDUĞU qəhrəman - FOTOElə bir kəşfiyyatçı olmaz ki, ermənilər başına külli miqdarda pul qoyduğu qəhrəman Gizir Xanının (Səyyaf Əhmədovun) üzünü görməsə də, adını eşitməsin.

BiG.AZ Sonxeber.az-a istinadən xəbər verir ki, o, birinci Qarabağ müharibəsində keçirdiyi döyüşlərdə 3 dəfə ağır yaralanıb. Dövlət tərəfindən dəfələrlə yüksək qiymətləndirilib, medallarla təltif olunub. Dəfələrlə düşmən tərəfdən əsir tutub. Yəqin, bu səbəbdən, ermənilər onun başına külli miqdarda pul qoyublar.

Xidmət etdiyi müddətdə Gizir Xanı əsgərlərə zabit yox, ata, əmi, dayı olub. Onun rəhbərliyi altında xidmət edənlər bunu təsdiqləyə bilərlər. İkinci Qarabağ müharibəsi başlayandan təcrübəli kəşfiyyatçı olan Xanı ilk əlinə silah alaraq döyüşə atılanlardan olub. Bu müharibədə də ermənilərin qorxulu yuxusuna çevrilib.

Ermənilərin başına külli miqdarda PUL QOYDUĞU qəhrəman - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3398   Tarix: 27 noyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş