Azərbaycan ordusu Sotk qızıl yatağını GERİ QAYTARDI - VİDEO
Azərbaycan ordusu erməniləri Sotk qızıl yatağından çıxarıb.
BiG.AZ xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Deməli, ermənilər Kəlbəcərin işğalından sonra "dövlət sərhədini" dəyişdirərək, qızıl yatağını "Ermənistan ərazisinə daxil ediblər". Ki, nə vaxtsa Kəlbəcəri qaytarmalı olsalar, yataq onlarda qalsın.
Azərbaycan da beynəlxalq hüquqdan tanınmış dövlət sərhədinə uyğun olaraq ermənilərin qanunsuz qurduğu "sərhəd qapısını" keçərək, real sərhədi bərpa edib.
Bu, "qızıl yatağımız Ermənistanda qaldı" məsələsinin həlli deməkdir.
BiG.Az


Xəbərlər Baxılıb: 1897 Tarix: 26 noyabr 2020
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş