"Oğlum torpaqlar deyə-deyə getdi" - Polad Həşimovun anası - VİDEO

"Oğlum torpaqlar deyə-deyə getdi" - Polad Həşimovun anası - VİDEO"Bütün şəhidlərimizin ruhu qarşısında baş əyirəm. İgid əsgərlərimiz bu torpaqlar üçün can qoyub, qan tökdülər. Onlar torpaqlarımızı canları bahasına azad etdilər. Biz gərək bu igidlərimizi göz bəbəyimiz kimi qoruyaq"

BiG.AZ xəbər verir ki, bu sözləri "Vaxtı Gəldi" verilişinə qonaq olan general Polad Həşimovun anası Səmayə Həşimova söyləyib. O, çıxışı zamanı İkinci Qarabağ müharibəsində vuruşan hərbçilərimizdən danışıb. Oğlunun ən böyük arzusunun Qarabağın azad edilməsi olduğunu deyən S.Həşimova göz yaşlarını saxlaya bilməyib:

"Qələbə xəbərinə görə çox sevindim, eyni zamanda içimdə ruh düşkünlüyü yarandı. Çünki oğlum Polad Həşimov "torpaqlar" deyə-deyə getdi. Torpaqların azad olunmasını isə görə bilmədi. Qazilərimizi görəndə dözə bilmirəm. Qazilərin analarını başa düşürəm. Bilirəm ki, onların ürəyindən qanlar axır, dözmək çətindir"- deyə o, bildirib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 796   Tarix: 25 noyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş