Məşhur aktrisanın bu qərarı ÇAŞQINLIQ YARATDI
Aktrisa Esra Bilgiçin hüquqşünaslıq ixtisası üzrə təhsil alması ağılları qarışıdırıb.
BiG.AZ xəbər verir ki, Esranın artıq başqa sahə üzrə təhsil aldığı və aktrisalıq fəaliyyətini bitirəcəyi haqqında şaiyələr yayılıb.
Rol aldığı "Ramo" serialında çoxlu aksiyon səhnələrinə çəkilən aktrisa bununla bağlı açıqlama verib. Hüquq fakültəsinin ikinci kursunda təhsil alan Bilgiç karyerasına elə aktrisa kimi davam edəcəyini bildirib. Hazırda seriala çəkilən, həm də təhsilini davam etdirəm Esra dərslərini onlayn formada keçdiyini deyib.
Qeyd edək ki, aktrisa "Ramo" serialından əvvəl "Diriliş Ertuğrul"da çəkilib. /Axşam.az
BiG.Az


Şou biznes Baxılıb: 2360 Tarix: 25 noyabr 2020
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş