Ürəyi dayanan 9 əsgəri əlləri ilə belə XİLAS ETDİ - VİDEO
Həkim Bəhruz Məmmədov ağciyər döş qəfəsini dəlib keçən qəlpə yarası ilə xəstəxanaya daxil olan yaralı əsgəri dayanmadan 25 dəqiqə qapalı ürək masajı edib.
BiG.AZ Sonxeber.az-a istinadən xəbər verir ki, Bəhruz Məmmədov əks- hücum əməliyyatları başlayan ilk gündən könüllü həkim kimi cəbhə bölgəsinə yollanıb. O Tibb Universitetinin Müalicə işi fakultəsini bitirib. Hazırda ehtiyatda olan tibb xidməti kapitanıdır. Qəlpə yarasında ürəyi dayanan 9 əsgəri məhz onun əlləri həyata qaytarıb.
O açıqlamasında bildirib ki, "Döyüş meydanında düşmənə yenilməyən əsgərimiz əməliyyat masasında ölümə asanlıqla meydan verə bilməz".
BiG.Az


Xəbərlər Baxılıb: 2083 Tarix: 23 noyabr 2020
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş