Füzulinin dağıdılmış Mədəniyyət Mərkəzinin qarşısından dünyaya mesaj - VİDEO

Füzulinin dağıdılmış Mədəniyyət Mərkəzinin qarşısından dünyaya mesaj - VİDEO"Füzuli şəhərinin Ermənistan tərəfindən dağıdılmış Mədəniyyət Mərkəzinin qarşısındayıq. Musiqinin gücü ilə dünyaya sülh və tolerantlıq mesajlarımızı göndəririk".

BiG.AZ-ın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter" hesabında yazıb.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığı əsasında ölkəmizdə akkreditasiya olunmuş xarici ölkələrin səfirləri, beynəlxalq təşkilatların rəhbərləri, diplomatlar və hərbi attaşelərlə Füzulidə səfərdə olan H. Hacıyev qeyd edib ki, ermənilər tərəfindən dağıdılmış mədəniyyət mərkəzinin qarşısında 27 il sonra skripka ilə mahnı ifa edilib. H. Hacıyev bildirib ki, hayalət şəhəri Füzuli tezliklə firavanlıq və xoşbəxtlik şəhəri olacaq.(xezerxeber)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 487   Tarix: 22 noyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş