"Sən axı Qarabağdan deyilsən" - Elnarə Abdullayevadan ETİRAF

"Sən axı Qarabağdan deyilsən" - Elnarə Abdullayevadan ETİRAF"Mən də qələbə günü maşınla küçələrdə idim. Xalqın içində qələbəni qeyd edirdim.

Bu sevinci yaşayan bilər. Xalqımız bildi ki, sevinc, qələbə nədir".

BiG.AZ axşam.az-a istinadən xəbər verir ki, bu sözləri əməkdar artist Elnarə Abdullayeva "Birinci studiya"da qonaq olarkən deyib. Vətən müharibəsindən, qələbədən danışan xanəndə bunları əlavə edib:

"Xalq o qədər bu günlərin həsrətində olub ki. Biz Qarabağ eşqi ilə yaşadıq.

Hər soruşanda deyirdik ki, Qarabağda konsert verək, veriliş çəkək. Allah bizi nə qədər çox istəyirmiş. Bu gözəl günləri bizə yaşatdı. O günlərə gəlib çıxdıq.

Mənə hər zamand deyirdilər ki, sən axı Qarabağdan deyilsən.Vətənin o başı, bu başı olmur. Hamımızın torpağıdır Qarabağ".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 2370   Tarix: 20 noyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş