"Baku Medical Plaza"da pula görə hərbçi övladını girov saxlayıblar - İddia
"Baku Medical Plaza" cəbhəyə döyüşçü kimi yollanan hərbçi Müslüm Rəhimlinin iki aylıq övladını dünən ödənişə görə 4 saata yaxın girov saxladı. Nə qədər xahiş-minnət etsək də, ödənişi tam etmədən uşağı xəstəxanadan buraxmadılar".
BiG.AZ xəbər verir ki, bu iddia ilə "Qafqazinfo"ya döyüşçünün qardaşı Adil Rəhimli müraciət edib. O deyir ki, noyabrın 6-da yaşadıqları İmişli rayonundan iki aylıq körpə Rəhmanı ağır vəziyyətdə "Baku Medical Plaza"nın Babək prospektində yerləşən filialına çatdırıblar:
"Bağırsaq kanalı qapalı olduğuna görə körpə təcili əməliyyat edilməli olub. Xəstəxanaya gətirəndə dedim ki, əmanətdir, atası müharibədədir, Vətən uğrunda döyüşür. Mənə dedilər ki, "atasının müharibədə olmasının bizə dəxli yoxdur, xəstəxanaya gəlibsə depozit ödəməlisən".
400 manat depozit, 70 manat koronavirus testinə görə ödəniş etdim. İki gün bu məbləğdə depozit, 1800 manat əməliyyat haqqı ödədim. Dünən uşağı çıxarmağa getdik. Baxmayaraq ki, bu ödənişləri etmişdik, uşağı xəstəxanadan buraxmadılar. Bir neçə saat gözlədəndən sonra dedilər ki, əlavə 1400 manat da ödəniş eləməlisiniz. Halbuki əməliyyatı edən cərrah demişdi ki, hərbçi uşağı olduğuna görə, özünə çatacaq məbləğdən imtina edir. Bunu keçmədikləri bir yana, əməliyyatdan çıxan uşağı anası ilə birlikdə otaqdan çıxarıb 4 saat ayaqüstə koridorda saxlayıblar...".
A.Rəhimlinin iddiasına görə, ödənişi sabahkı gün etməsi üçün xahiş etsə də, nəzərə alan olmayıb:
"Dedim, yazığınız gəlsin, gecə ilə pulu haradan tapım?! Sabah gətirib ödəyərəm. Dedilər bizə dəxli yoxdur, ödənişi etməlisiniz. Gecə ilə pul tapıb ödədikdən sonra uşağı buraxdılar".
Şikayətçi ödənişlərinin təsvir edildiyi qəbzlərin sürətini də redaksiyamıza göndərib.
"Baku Medical Plaza"nın PR meneceri Aysel Rzayeva isə şikayətlə bağlı bildirib ki, heç kim, xüsusən, indiki məqamda hərbçi ailəsinə qarşı belə ifadə işlədə bilməz:
"Əslində məsələ başqa cür olub, xəstənin əməliyyatı üçün ailə sponsor tapıb. Həmin sponsor əməliyyatın məsrəfini boynuna götürüb. Belə olan halda həkim də özünə çatan məbləğdən imtina edib. Ödəniş olmadan xəstə əməliyyat olunub, amma son anda sponsor ödənişdən imtina edib. Klinika sırf məsrəflər üçün ödəniş istəyib, həkim isə özünə çatan məbləği almayıb. Ona görə belə bir anlaşılmazlıq yaranıb".
Xəstənin girov saxlanılması iddiasına gəlincə, A. Rzayeva bu ittihamı da inkar edib:
"İndiyə qədər klinika tərəfindən bir çox hərbçi ailəsi ödənişsiz əməliyyat olunub, belə hal ola bilməz".


BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2776 Tarix: 13 noyabr 2020
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Kamala Harris prezident olmağa hazırlaşır
ABŞ-ın sabiq vitse-prezidenti Kamala Harris 2028-ci il seçkiləri ərəfəsində mövqelərini gücləndirmək üçün çalışır. xəbər verir ki, bu barədə "Axios" nəşri məlumat yayıb. "Kaliforniya qubernatoru Gavin Nyusom və digər potensial namizədlərin rəqabətinə baxmayaraq, milli sorğular göstəri
15.12.2025 225 Şüşədə yağ, içində sual işarəsi... Etiketə inan bədəninə dua et
Supermarketlərdə yüzlərlə çeşid günəbaxan, qarğıdalı, zeytun yağları satılır. Hər birinin üzərində 100% təbii olduğu yazılır. Lakin məhsulu aldıqda isə keyfiyyətinin o olmadığını görürük. Ölkəmizdə duru yağlar yerli istehsal ilə yanaşı, Rusiya, Türkiyə, Ukrayna, Sinqapur kimi ölkələrdən idxal olunur
13:02 104 AzTV-dən narazılara cavab gəldi: "Gələn il..."
"Bizim heç bir sənət adamı ilə problemimiz yoxdur. Əksinə, qarşılıqlı formada bir-birimizə dəstək veririk". Bu sözləri "Yeni Sabah"a AzTV-nin mətbuat xidmətinin rəhbəri Rüfət Seyidov deyib. Onun sözlərinə görə, Dövlət Televiziyasında Yeni il çəkilişlərinə dəvət olunmayan ifaçılar
15.12.2025 410 Ağdamda iki qardaş bıçaqlandı
Ağdamda iki qardaş bıçaqlanıb. "Qafqazinfo"nun xəbərinə görə, bıçaqlanma hadisəsi rayonun Baharlı qəsəbəsi ərazisində baş verib. Belə ki, həmyerlilər arasında baş verən mübahisə zamanı Elçin və Sənan adlı qardaşlar bıçaqlanıb. Hadisəni törətməkdə şübhəli bilinən qəsəbə sakini Sadiq adlı şəx
15.12.2025 294 Gizir Xanıya şəhidlik statusu verildi
Ağdamda minaya düşərək həlak olan Gizir Xanıya şəhidlik statusu verilib. Teleqraf-ın xəbərinə görə, 23 sentyabr tarixində rayonun Mirəşelli kənd ərazisində minaya düşərək həlak olan Gizir Xanı kimi tanınan Səyyaf Əhmədova mülki şəhid statusu verilib. Bu barədə məlumatı S.Əhmədovun yaxınları təsdiqləyib
15.12.2025 361 Balakəndə ağır qəza - Ölən və yaralananlar var
Balakən rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə bu gün saat 17 radələrində Talalar kəndi ərazisində olub. Belə ki, "VAZ-2106" və "VAZ-21015" markalı avtomobillər toqquşub. Nəticədə "VAZ-2106"nın sürücüsü, 30 yaşlı Əyyu
15.12.2025 258 Onlara ən azı 46 gün məzuniyyət veriləcək
Məzuniyyət hüququ 46 təqvim günü olan xüsusi xidmətləri olan işçilərin siyahısında dəyişiklik ediləcək. "Qafqazinfo" xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən Əmək Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb. Sənədə əsasən, aşağıdakı işçilər
12:45 108 "Yerdəki 100 manatı götürmək istəyəndə yıxıldı" - Video
Xəbər verdiyimiz kimi, Azərbaycan Universitetində 18 yaşlı tələbə yıxılaraq xəsarət alıb. "Qafqazinfo"nun məlumatına görə, şahidlər hadisənin detalları barədə "Baku TV"yə danışıblar. "Yerdə 100 manat var idi. Onu götürmək üçün döşəmənin üstünə hoppandı. Həmin yer qırıldı və aşağ
15.12.2025 529 "İndi başqa eşqlə yaşayıram"
"Yaşlı insan tək yaşamamılıdır. Bir yerdə gedib gəzsinlər: parka, kinoya getsinlər. İnsan bütün həyatını övladına həsr edir. Bəs, bu adam nə zaman yaşasın? Mənim yaram təzədir. İçimdə qorxu hissi var, yenidən ailə həyatı qura bilmərəm. Yağışdan çıxıb, yağmura düşə bilmərəm". Axşam.az xəbə
15.12.2025 336