"Arzularımız xəyal ikən gerçək oldu"- VİDEO

"Arzularımız xəyal ikən gerçək oldu"- VİDEOTürkiyədə yaşayan azərbaycanlı müğənni İradə İbrahimova Qələbə sevincini "İnstagram" səhifəsində izləyiciləri ilə bölüşüb.

BiG.AZ həmin paylaşımı təqdim edir:

"Azərbaycanın gözünün nuru Qarabağı alacağıq!" cümləsi xəyal ikən gerçək oldu.

Ölmədik, şəhidlərimizin, əsgərlərimizin , zabitlərimizin, böyük ordumuzun sayəsində bu günləri də gördük.

Ruhunuz şad olsun!

Bu torpaq, millət, vətən artıq bizlərə əmanətdir. Əmanətlərinə gözümüz kimi baxmalıyıq, əzizləməliyik. Bir olmalıyıq! Bölünməyə qoymamalıyıq!

Savadlı övladlar yetişdirməliyik! Yeni, möhtəşəm tarixli bir səhifə var önümüzdə.

Çox xoşbəxtəm. Bu gün övladlarıma müjdəni verərkən qürur hissi ilə "Ata Vətəninizin dəstəyi ilə, Ana Vətənimizin işğal altında olan torpaqları işğaldan azad olundu!

Yaşasın Azərbaycan dövləti!
Yaşasın Ali Baş Komandan!

Sən bizimsən , bizimsən, durduqca bədəndə can,
Yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan!
Qarabağ Azərbaycandır!

AYTƏN SAKİTQIZI


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1499   Tarix: 10 noyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş