Aygün Kazımova məşhur xalq mahnımızla bağlı BİLİNMƏYƏNLƏRDƏN DANIŞDI - VİDEO

Aygün Kazımova məşhur xalq mahnımızla bağlı BİLİNMƏYƏNLƏRDƏN DANIŞDI - VİDEOXalq artisti Aygün Kazımova "İnstagram" səhifəsində "Sarı bülbül" mahnısının tarixi ilə bağlı açıqlama verib.

BiG.AZ müğənninin paylaşımını təqdim edir:

"Azərbaycanın məşhur xalq mahnısı "Sarı bülbül"ün maraqlı yaranma tarixçəsi var.

Ağa Məhəmməd şah Qacar Şuşada qətlə yetiriləndən sonra, Qarabağ hökmdarı İbrahim Xəlil xan Cavanşir İranla münasibətlərini yoluna qoymaq üçün, öz sevimli qızı Ağabəyim ağanı Fətəli şaha ərə verdi.

Ağabəyim ağa ömrü boyu vətən həsrəti ilə yaşadı.

Könül dərdlərini bayatı, qoşma və qəzəllərlə dilə gətirdi.

Şah Ağabəyim ağanın qəlbi şad olsun deyə, Qarabağdan torpaq, müxtəlif gül-çiçək kolları, meyvə ağacları gətirərək bağ saldırdı.

Hətta bağban da Şuşadan idi. Bağın da adı "Vətən bağı" idi.

Ağabəyim ağa bu gözəl baxçanı gəzərkən, bütün gülləri, çiçəkləri özünəməxsus sevgi ilə oxşayırdı.

Amma Şuşadan uzaqda xarı bülbülün bitməməsindən məyus olaraq, dərdini belə dilə gətirib:

"Vətən bağı" al-əlvandır,
Yox içində xarıbülbül.
Nədən hər yerin əlvandır,
Köksün altı sarı, bülbül?"

AYTƏN SAKİTQIZI


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 17759   Tarix: 31 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş