Düşmən Tərtərə 30-yə yaxın top mərmisi atıb

Düşmən Tərtərə 30-yə yaxın top mərmisi atıbOktyabrın 31-də Ermənistan silahlı qüvvələri Tərtər rayon ərazisini atəşə tutub.

Bu barədə "Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.

Səhər saatlarından başlayaraq düşmən yenidən dinc sakinləri hədəfə alaraq ağır artilleriyadan istifadə edib.

Ermənilər rayon ərazisinə gün ərzində 30-a yaxın top mərmisi atıb.

Xoşbəxtlikdən ölən və yaralanan olmayıb.

Azərbaycan Odusu tərəfindən düşmənə qarşı adekvat tədbirlər görülür.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 352   Tarix: 31 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş