İzmirdə daha 2 ZƏLZƏLƏ OLDU

İzmirdə daha 2 ZƏLZƏLƏ OLDUTürkiyənin İzmir şəhərinin Urla və Seferihisar rayonlarında 3 dəqiqəlik ara ilə daha iki zəlzələ baş verib. Hər ikisi 4 bal gücündə olub.

Big.az "Report"a istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, Urladakı yeraltı təkan 25 km, Səfərihisardakı isə 7 km dərinlikdə qeydə alınıb.

Bildirilib ki, həmçinin Ege dənizində, Yunanıstanın Samos adasının yaxınlığında 2,5 km dərinlikdə 4 bal gücündə zəlzələ qeydə alınıb.

Xatırladaq ki, İzmir şəhərinin Bayraklı rayonunda güclü zəlzələ nəticəsində azı bir bina çöküb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1511   Tarix: 30 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş