Bərdədə ermənilərin atdığı raket nəticəsində ölən videooperator torpağa tapşırıldı

Bərdədə ermənilərin atdığı raket nəticəsində ölən videooperator torpağa tapşırıldıErmənistan silahlı qüvvələri tərəfindən Bərdə rayonu ərazisinə raket atılması nəticəsində həlak olan videooperator Ehtiram İsmayılov dəfn edilib.

Big.az xəbər verir ki, bu barədə "Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.

Dəfn mərasimində onun yaxınları, rayon ictimaiyyətinin nümayəndələri və kənd sakinləri iştirak edib.

E.İsmayılov yaşadığı Qarayusifli kənd qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, ötən gün Ermənistanın Bərdəyə raket atması nəticəsində E.İsmayılov da daxil olmaqla 4 mülki şəxs ölüb, 10 nəfərdən çox şəxs yaralanıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2784   Tarix: 28 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş