Düşməndən qənimət kimi götürülən tanka "Albert" adı verildi – FOTO

Düşməndən qənimət kimi götürülən tanka "Albert" adı verildi – FOTOAzərbaycan Ordusu düşməndən qənimət kimi götürdüyü tankı təmir edərək üzərinə "Albert" yazıb.

BiG.AZ xəbər verir ki, tank Milli Qəhrəman Albert Aqarunovun şərəfinə belə adlandırılıb.

Qeyd edək ki, yəhudi əsilli Albert Aqarunov Azərbaycanın Milli Qəhrəmanıdır. O, 1992-ci ildə Qarabağ müharibəsi başlayarkən könüllü olaraq cəbhəyə yollanıb, tank komandiri təyin edilib və Şuşada döyüşlərdə iştirak edib. Onun tankçı ekipajı tezliklə bütün cəbhə xəttində şöhrət qazanıb, Xankəndi, Daşaltı, Cəmilli istiqamətlərində düşmənə ağır zərbələr vurub, onlarla yaraqlını və xeyli hərbi texnikanı məhv edib. Alber Aqarunov düşmənin iki tankını bir mərmi ilə məhv edib. Bundan sonra bu zərbə döyüş yoldaşları tərəfindən "yəhudi buterbrodu" adlandırılıb. 1992-ci il mayın 8-də Şuşa şəhəri uğrunda gedən döyüşlərdə düşmənin 2 tankını və digər texnikalarını məhv edib və snayper gülləsinə tuş gələrək döyüşdə qəhrəmanlıqla həlak olub. Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. /Yeniavaz.com

Düşməndən qənimət kimi götürülən tanka "Albert" adı verildi – FOTO


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1900   Tarix: 28 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Qərb ölkələrində qadın cinayətlərinə görə ömürlük həbs cəzası verilir... Bəs ölkəmizdə niyə cəzalar artırılmır?

Niderland, Belçika kimi Avropa ölkələrində qadın cinayətləri ayrıca keteqoriya olaraq hesab edilir və buna görə ağır cəzalar verilir. İtaliya isə qadını öldürən şəxsi ömürlük həbs cəzasına məhkum edir. Ölkəmiz isə dünyada qadın cinayətlərinə görə ən az həbs cəzası verilən ölkələrdəndir. Bizdə qadın cinayətin

15:03 349
.

Salyanda yol qəzasında ölən sürücü hərbçi imiş

Bu gün səhər saatlarında Salyanda baş verən yol-nəqliyyat hadisəsində sürücü həyatını itirib. -ın "Unikal"a istinadən məlumatına görə, qəzada ölən 37 yaşlı İbrahimov Zeyqəm Kamil oğlu hərbçi olub. Mərhum Vətən müharibəsində iştirak edib

11:58 274
.

Xəlil Göyüşov şadlıq sarayında camış ətinin verilməsindən danışdı: "AQTA-nın açıqlaması qərəzlidir..."

"Körpü-Bina-Tikinti" MMC-nin rəhbəri Xəlil Göyüşov sahibi olduğu "Ramin-Nur" şadlıq sarayında camış ətini dana əti adı ilə təqdim olunaraq istehlakçıların aldadılmasından danışıb. İş adamı Qaynarinfo-ya açıqlamasında Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) yaydığı məlumatdan naraz

12:24 246
.

Müqayisə ilə böyüyən uşaqlar: valideyn sevgisinin səssiz sınağı - PSİXOLOQDAN AÇIQLAMA

Valideynin öz övladını başqasının uşağı ilə müqayisə etməsi cəmiyyətimizdə çox vaxt "motivasiya" adı altında təqdim olunur. Halbuki bu cür müqayisələr uşağın inkişafına təkan verməkdən çox, onun özünə inamını sarsıdır, daxili dünyasında səssiz bir mübarizə yaradır. "Bax, filankəsin uşağ

16:29 207
.

"Elşən Gülşən"də bu nöqsanlar aşkarlandı - Fotolar

Sabirabad rayonu, Qaragüney kəndində fəaliyyət göstərən "Elşən Gülşən" ticarət mərkəzində nöqsanlar aşkarlanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. Belə ki, baxış zamanı marketdə qida məhsullarının saxlanma şəraitinə əməl olunmadığı

14:04 245
.

Gənclər risk altındadır: elektron siqaretlərə qarşı sərt tədbirlər vacibdir

"Elektron siqaretlər mütləq şəkildə qadağan edilməlidir. Çünki bu məhsullar müxtəlif kimyəvi maddələrdən istifadə olunmaqla hazırlanır. Bu isə onların ənənəvi tütün siqaretlərindən daha zərərli olması ehtimalını artırır. Adi tütünün zərərli olduğu danılmazdır, lakin onun tərkibi məlumdur və bitk

15:19 187
.

Dostlarını yığıb 56 yaşlı kişinin başını kəsdi

Hindistanın Carxand ştatında üç gənc təhqirə görə kişinin başını kəsiblər. xarici mediaya istinadla bildirir ki, 56 yaşlı Karinath Luqunun başı kəsilmiş cəsədi dekabrın 16-da meşəlik ərazidə aşkarlanıb. Polisin versiyasına görə, o, kənd yarmarkasından evə qayıdarkən üç dost qarşısını kəsib. Hadisə il

19:45 65
.

Stomatoloqlardan pul tələb edən şəxslər tutuldu - Foto

Balakəndə özünü jurnalist kimi təqdim edərək stomatoloqlardan pul tələb edən şəxslər saxlanılıblar. "Qafqazinfo" xəbər verir ki, rayonda özlərini jurnalist kimi tanıdan iki nəfərin vətəndaşlardan hədə-qorxu ilə pul tələb etmələri barədə polisə məlumat daxil olub. Balakən RPŞ-nin keçirdiyi tədbirlərl

13:02 292
.

Prokuror Vardanyanın ömürlük həbsini tələb etdi

Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyan barəsində cinayət işi üzrə məhkəmə prosesi dekabrın 18-i davam etdirilib

13:58 206
.

TOP MP3