Ermənistanda kütləvi fərarilik: Hökumət cəzaları sərtləşdirir

Ermənistanda kütləvi fərarilik: Hökumət cəzaları sərtləşdirirErmənistanda insanlar kütləvi şəkildə hərbi xidmətdən yayınmağa çalışır.

BiG.AZ Ermənistanın "İravunk" qəzetinə istinadən bildirir ki, hökumət kütləvi fərariliyin qarşısın almaq məqsədilə Cinayət Məcəlləsinə dəyişiklik etməyə hazırlaşır.
Qəzet yazır ki, hökümət Cinayət Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsini parlamentə təqdim edib. Hərbi xidmətdən yayınma cəzasının əhəmiyyətli dərəcədə sərtləşdirilməsi təklif olunur. Mövcud məcəllədə bu hərəkət üçün dörd ildən səkkiz ilədək həbs cəzası nəzərdə tutulur və bu cəza altı ildən on iki ilədək həbslə əvəzlənir.

Bundan başqa hərbi vəziyyət zamanı vergidən yayınma üçün nəzərdə tutulan məsuliyyətin də cəzası sərtləşdiriləcək. /Yeniavaz.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 583   Tarix: 28 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş