Perunun nüfuzlu qəzetləri Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın təcavüzü barədə yazdı - FOTO

Perunun nüfuzlu qəzetləri Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın təcavüzü barədə yazdı - FOTOPerunun ən aparıcı KİV-lərindən "La Razón" ("Ermənistan qoşunları Azərbaycan ərazisini tərk etməlidir") və "La República" ("Məmməd Talıbov: Sülhün formulu sadədir - işğal olunmuş ərazilərimizi azad etsinlər") qəzetlərində səfir Məmməd Talıbovun Dağlıq-Qarabağ münaqişəsi, Ermənistanın son hərbi təcavüz cəhdi və Silahlı Qüvvələrimizin apardığı əməliyyatlarla bağlı müsahibələri dərc olunub.

Əvvəlcə, münaqişənin tarixi barədə məlumat verən səfir, Dağlıq Qarabağ və yeddi ətraf rayonla birlikdə Azərbaycanın beynəlxalq qaydada tanınmış ərazilərinin 20 faizinin Ermənistan tərəfindən işğal edildiyini və bu ərazilərdə yaşayan 1 milyona yaxın azərbaycanlıya qarşı etnik təmizləmə aparıldığını bildirib. Səfir münaqişə ilə əlaqədar BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə qəbul edilmiş dörd qətnamənin Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını və azərbaycanlı məcburi köçkünlərin geri qaytarılmasını tələb etdiyini, ancaq Ermənistan tərəfinin 27 il ərzində həmin sənədlərin tələblərinə məhəl qoymadığını qeyd edib.

Müxbirin 27 sentyabr tarixindən etibarən başlayan hərbi qarşıdurmaya tərəflərdən hansının start verdiyinə dair sualına münasibətdə diplomat son hadisələrin Ermənistanın növbəti təcavüz aktı olduğunu, hazırkı mərhələdə isə ən önəmli məqamın münaqişənin davam etmə səbəbinin dərk edilməsindən ibarət olduğunu, bu xüsusda Ermənistan silahlı qüvvələrinin Azərbaycanın suveren ərazilərində qalmasının münaqişənin alovlanmasının başlıca səbəbi olduğunu və hərbi əməliyyatların da Azərbaycanın beynəlxalq ictimaiyyətin bütün üzvləri, o cümlədən Peru tərəfindən tanınmış sərhədləri çərçivəsində aparıldığını vurğulayıb.

Hərbi əməliyyatlarda Azərbaycan tərəfindən Yaxın Şərqdən döyüşçülərin cəlb edilməsinə dair suala münasibətdə bunun erməni təbliğat maşının növbəti saxta məlumatı olduğunu, bir müddət öncə Türkiyəyə məxsus F-16 qırıcı təyyarələrinin istifadə edildiyinə dair saxta və artıq unudulmuş xəbərdə olduğu kimi, bu halda da münaqişəyə üçüncü tərəfləri cəlb etmək məqsədi güdüldüyünü deyən təmsilçimiz, Azərbaycan ordusunun şəxsi heyətin sayı, qabaqcıl texnologiya ilə təchizat, silahlanma və hazırlıq səviyyəsi baxımından dünyanın ən güclü orduları sırasında yer aldığını, anti-terrorizm əməliyyatlarında iştirakının beynəlxalq koalisiyalar tərəfindən daim təqdir edildiyini, bu səbəbdən də hansısa qeyri-nizami silahlı qruplaşmalara ehtiyac duyduğu iddiasının anlamsız olduğunu bildirib.

Bununla yanaşı, səfir Ermənistanın özünün döyüşlərə Suriya, Livan, İraq (Süleymaniyyə) kimi ölkələrdən radikal terrorçu qruplaşmaları cəlb etdiyinə dair həm erməni mətbuatında, həm də beynəlxalq qaynaqlarda xeyli sayda məlumat yer aldığını, habelə Ermənistanın ASALA, Daşnaksütyun kimi 20-ə yaxın terrorçu təşkilata malik azsaylı ölkələrdən biri olduğunu, eyni zamanda münaqişə zonasına Rusiya və Fransadan qaçaqmalçılıq yolu ilə fasiləsiz olaraq silah-sursat daşınmasını həyata keçirdiyini və nəhayət, Ermənistan rəhbərliyinin dünyanın müxtəlif ölkələrinin vətəndaşları olan ermənilərin hərbi əməliyyatlarda iştirakını artıq açıq şəkildə etiraf etdiyini qeyd edib.

https://larazon.pe/las-tropas-armenias-deben-de-retirarse-de-territorio-de-azerbaiyan-senala-embajador-azeri-en-peru-mammad-talibov/

https://larepublica.pe/mundo/2020/10/17/mammad-talibov-la-formula-de-paz-es-simple-que-liberen-nuestros-territorios-la-republica/

Perunun nüfuzlu qəzetləri Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın təcavüzü barədə yazdı - FOTOPerunun nüfuzlu qəzetləri Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın təcavüzü barədə yazdı - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 527   Tarix: 26 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

İsrailin hücumu nəticəsində 1 sivil öldü

İsrail hərbi qüvvələri Livanın cənubuna hücum edib. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 1 israilli mülki vətəndaşın öldürülüb. İsrail hərbçiləri açıqlamasında bildiriblər ki, Hizbullah gecə saatlarında İsrailin Har-Dov bölgəsinə tank əleyhinə istiqamətlənmiş raket hücumu həyata keçirib. Qeyd olunu

26.04.2024 124
.

Ermənistan və Serbiyanın xarici işlər nazirləri regional məsələləri müzakirə edirlər

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Serbiyanın Baş nazirinin birinci müavini və xarici işlər naziri İvitsa Daçiç ilə telefon danışığı aparıb. xəbər verir ki, görüşdə siyasi dialoqun və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın inkişafına yönəlmiş ikitərəfli gündəliyə aid məsələlə

26.04.2024 135
.

ABŞ-da daha 2 universitet Qəzza etirazlarına qoşulub

ABŞ-da daha 2 universitet Qəzza etirazlarına qoşulub. BİG.AZ xəbər verir ki, ölkənin hər yerində universitet kampuslarına yayılan "İsrailin Qəzzaya hücumlarına reaksiya" aksiyasında paytaxt Vaşinqtondakı Corctaun və Corc Vaşinqton universitetlərinin tələbələri də iştirak edib. ABŞ-ın aparıc

26.04.2024 114
.

Azərbaycanda kişi qadını gecə klubundan evə gətirib öldürdü - VİDEO

Bakıda kişi "Instagram"da tanış olub birlikdə yaşadığı qadını qətlə yetirib. Belə ki, turizm şirkətlərindən birində çalışan Ayan (Adlar şərtidir) "Instagram"da tanış olduğu Tahir adlı şəxslə görüşməli idi. Tahir ona özünü İT mütəxəssisi kimi təqdim etmişdi. Ayan işdən sonra Tahirl

26.04.2024 443
.

Mingəçevirdə qorxulu hadisə: Bıçaqla camaatın üstünə cuman şəxs kimdir? - VİDEO

Mingəçevirin Mehdi Hüseyn və Koroğlu küçələrində qəribə hadisə baş verib. Sakinlərin sözlərinə görə, bir qadın gecə saatlarında binalara daxil olur, onlara qorxulu anlar yaşadır, bıçaqla camaatın üstünə hücum çəkir. Qorxudan sakinlər uşaqlarını küçəyə buraxa bilmirlər:. "Deyilənə görə, o qadın mollalı

26.04.2024 327
.

Rihannadan növbəti fotosessiya - FOTO

Dünyaca məşhur müğənni Rihanna yeni fotosessiya elətdirib. BİG.AZ xəbər verir ki, o popular brendlərin birinin modeli kimi yer alıb. O həmin çəkilişdə ağac olub. Onun görünüşü izləyiciləri təəccübləndirib

26.04.2024 348
.

"Pulumun bitəcəyinə heç inanmazdım" - Serdar Ortaç

Müğənni Serdar Ortaç pulunun bitdiyini deyib. xəbər verir ki, o, türk mətbuatına açıqlama verib. "Pulumun bitəcəyinə heç inanmazdım. Deməli, olurmuş" ,- deyə o qeyd edib

26.04.2024 357
.

Şənbə gününə 32° isti gözlənilir

Aprelin 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq, cənub-şərq küləyi əsəcək. Havanın temperaturunun gec

26.04.2024 230
.

Ebru Gündəşin istəyi gündəm oldu - "Üzük başım boyda olsun"

İş adamı Murad Özdəmirlə Dubayda ailə quran 49 yaşlı müğənni Ebru Gündəş ötən günlərdə Zərgərlik İxracatçıları Birliyinin mükafatlandırma mərasimində səhnəyə çıxıb. Axşam.az xəbər verir ki, ifaçı zaldakı zərgərlərdən birindən üzüyünü daha böyüyü ilə dəyişdirməyi təklif edib. O, əlindəki üzüyü göstərərə

26.04.2024 587