Xarici muzdlular erməni işğalçılarla yan-yana - FOTO

Xarici muzdlular erməni işğalçılarla yan-yana - FOTOAzərbaycan Ordusunun uğurlu döyüş əməliyyatları Ermənistanın işğalçı ordusunu canlı qüvvə sarıdan böyük itkilərə məruz qoyub. Bu səbəbdən təcavüzkar ölkə döyüşçülərin sıralarını necə doldurmaq üçün ciddi şəkildə resurslar, yollar axtarır.

Erməni işğalından azad edilmiş ərazilərdə, ümumilikdə bir neçə min erməni əsgərinin cəsədi qalıb. Ermənilərin hələ ki, nəzarətdə saxladığı ərazilərdən (lakin həmin ərazilərin üstündə Azərbaycan topçuları ''çalışır'') onlar daha 1 mindən çox cəsəd çıxara biliblər. Onlardan da yalnız 900 əsgər və zabitin adı rəsmən açıqlanıb.

Birinci Qarabağ müharibəsi iştirakçıları tərəfindən yaradılan dəstələrin əksəriyyəti artıq məğlub və məhv edilib. Yaşlı veteranların döyüş meydanında faydasızlığı üzə çıxıb. Ermənistan baş naziri çıxılmazlıqdan doğan son çağırışında yerli səviyyədən olan rəhbərləri könüllü kimi qeydiyyata düşməyə səsləyib, Ermənistan Müdafiə Nazirliyi isə çarəsizlikdən qadınları belə orduya cəlb etməyə çalışır.

BiG.AZ musavat.com-a istinadən xəbər verir ki, bu fonda erməni diasporunun müəyyən çevrələri xaricdə yaşayan və üçüncü ölkələrin vətəndaşı olan etnik ermənilər arasından muzdluların işə götürülməsi üçün məntəqələr yaratmaqdadır. Çox vaxt da muzdluların "verbovka" olunması ilə bağlı faktlar işğal altındakı ərazilərdə üstündə Fransa, Kanada, Livan, İspaniya, Yunanıstan və digər ölkələrin vətəndaşlarının sənədləri olan cəsədlər ələ keçən zaman Azərbaycan tərəfinə məlum olur.

Yunanıstan vətəndaşları olan Aren Osipov, İspaniya vətəndaşı Armen Knyazyan, Fransadan Arthur Ohannisyan, Kanadadan Kristofer Artin, Livandan Gevorq Haciyan, Suriyadan Stepan Keşişyan və digər bir çox ekstremist muzdlular Dağlıq Qarabağ və bitişik ərazilərdəki döyüşlər zamanı məhv edilib. Rusiya və Gürcüstan vətəndaşları olan bəzi muzdlular isə hələ də döyüşlərdə iştirak etməyə davam edirlər. Məsələn, məşhur erməni separatçısı Vaxanq Çaxalyan şimal cəbhəsindəki sığınacaqlarda gizlənib qorxaqcasına öz nəsibini gözləyir. Milliyyətcə erməni olduqlarına baxmayaraq, fakt faktlığında qalır - onlar muzdlulardır və əsir düşəcəkləri təqdirdə Azərbaycan tərəfində onların vətəndaşı olduğu ölkələrlə bağlı ciddi suallar yarana bilər.

Ola bilsin, inkişaf etmiş Kanada və ya Yunanıstanda, erməni "bəxt əsgərləri" onların təhlükəsizliklərinə təhlükə hesab edilmir. Məsələn, Yaxın Şərqdəki terror təşkilatlarının tərəfinə döyüşə göndərilən eyni qəbildən ekstremistlər kimi. Lakin bir daha xatırlatmaq istərdik ki, Avropa ölkələrində geniş yayılmış zorakı ekstremizm İŞİD terror təşkilatı yaradıldıqdan sonra yox, daha əvvəl təşəkkül tapmağa başlayıb.

İlk radikal ekstremistlər Balkanlardakı qaynar nöqtələrə üz tutan Avropa ölkələrinin vətəndaşları idi. O dövrdə Avropa ölkələrinin geosiyasi maraqları Balkanlarla döyüşlərdən sonra geri qayıdan bu cür elementlərin öz ölkələrində praktik olaraq nəzarətsiz qalmasına yardımçı oldu. Onlar dini və milli diasporlar arasında az qala qəhrəman sayılırdılar. Nəticə o oldu ki, Balkanlarda bərkimiş və terrorçu beynəlmiləlçilərlə əlaqələri artmış yerli vətəndaşlar Avropa ölkələrində terror aktları törətdilər.

Xarici muzdlular erməni işğalçılarla yan-yana - FOTOTəəssüf ki, tarix təkrarlana bilər və bunu Rusiyadakı erməni diasporun Rusiya Federasiyası və digər ölkələrin vətəndaşları arasından muzdluları işə cəlb etmək və yetişdirmək üçün təşkil etdiyi kampaniya sübut edir. Belə ki, VOMA təşkilatı, ermənilərin hələ Dağlıq Qarabağda özlərini rahat hiss etdikləri vaxtlarda dağ şəraitiində döyüşçülərin təlimi üçün dəfələrlə düşərgələr yaradıb. İndi də o, öz təşəbbüsü ilə Dağlıq Qarabağa muzdlular göndərməyə çalışır. VOMA tipli strukturların varlığı ilk növbədə Rusiyanın özünə təhdiddir. Ona görə ki, onun yetişdirdiyi bəzi ekstremistlər böyük ehtimalla "qaynar" Dağlıq Qarabağa getməməyi, öz "bacarıqlarını" elə Rusiyanın özündə tətbiq etməyi üstün tutacaqlar - öncə Azərbaycan diasporuna qarşı, daha sonra isə digər cinayətkar və ya ekstremist layihələrdə.

İyul ayında Azərbaycanla Ermənistan arasındakı sərhəddə vəziyyətin kəskinləşməsi zamanı bütün dünya mütəşəkkil erməni ekstremist qruplarının Los-Anceles və Brüsseldə kiçik azərbaycanlı qruplarına qarşı necə azğınlıqlar həyata keçirdiyinin şahidi oldu. O vaxt Rusiya hüquq-mühafizə orqanlarının vaxtında gördüyü tədbirlər sayəsində təqribən 2 milyon erməninin yaşadığı bu ölkədə erməni ekstremizminin qarşısını almaq mümkün olmuşdu. Bununla belə, Qarabağın işğaldan qurtulması və işğalçının cəzalandırılması hərbi əməliyyatlar teatrından xeyli uzaq ölkələrdə, xüsusən də oradakı döyüş hazırlığı keçmiş erməni radikalların Azərbaycandan qisas almaq istəməsinə və daha ciddi nəticələrə səbəb ola bilər.

Beləcə, proseslərə olduqca pessimist bir baxış ortaya çıxır. Odur ki, ermənilərin öz muzdlularını "verbovka" etdikləri ölkələrin ictimaiyyətlərini bir azca sakitləşdirmək üçün yalnız onu bildirək ki, onların çoxu həmin ölkələrə qayıtmayacaq. Təsadüfi deyil ki, VOMA muzdlular üçün yalnız bir istiqamətə biletin qiymətini ödəyir. Moskvadakı "Domodedovo" aeroportunu tərk edərkən bu muzdlular rahat Moskva həyatı ilə həmişəlik vidalaşmalıdırlar - geri qayıtmaq onların nəsibinə yazılmayıb. Buna sübut kimi, yalnız bir neçə faktı göstəririk. Söhbət öz isti evlərini tərk edərək Azərbaycana məxsus Qarabağda ucuz ölümə tuş gələn, "gəldiyi qılıncla" da öldürülən muzdlulardan gedir.

Xarici muzdlular erməni işğalçılarla yan-yana - FOTOXarici muzdlular erməni işğalçılarla yan-yana - FOTOXarici muzdlular erməni işğalçılarla yan-yana - FOTOXarici muzdlular erməni işğalçılarla yan-yana - FOTOXarici muzdlular erməni işğalçılarla yan-yana - FOTOXarici muzdlular erməni işğalçılarla yan-yana - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2283   Tarix: 25 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774