Naftalanda 5 ailə üzvünü itirən hərbçi - Cəbhəyə dönəcəyəm - VİDEO

Naftalanda 5 ailə üzvünü itirən hərbçi - Cəbhəyə dönəcəyəm - VİDEOErmənistanın dövlət səviyyəsində həyata keçirdiyi terror bir ailənin faciəsinə səbəb olub. Sıradakı süjetimiz bunun sübutudur. Mülki insanlara atəş açmaq, yaşayış məntəqələrini bombalamaq onlar üçün adi haldır. Bunun acısını çəkənlərdən biri də Naftalanda yaşayan Qurbanovlar ailəsidir. Sentyabrın 27-də Naftalanın Qaşaltı kəndinə atılmış mərmi bir ailənin 5 üzvünün eyni anda həlak olmasına səbəb olub. Dəhşətlisi də odur ki, ailə üzvlərinin həlak olmasını həmin zaman xidmətdə olan ailə başçısı Nadir Qurbanov özü görüb.

Eyni gündə 5 ailə üzvünü itirib. Həm ata-anası, həm övladı, həm də həyat yoldaşı dünyasını dəyişib. Ermənistan Silahlı Qüvvələrinin təxribatlarının dəhşətini yaşayanlardan biri də Naftalanın Qaşaltı kəndində yaşayan Qurbanovlar ailəsidir. Sentyabrın 27-də düşmən ordusunun atdığı mərmilər kənddəki evlərə ciddi ziyan vurub

Saat 17-18 radələrində atılan mərmilərdən biri kənd sakini, Nadir Qurbanovun evinin yaxınlığına düşüb.

Azərbaycan ordusunda xidmət edən Nadir Qurbanov həmin vaxt cəbhədə olub və hücumlar kəskinləşdiyi zaman ailəsi ilə əlaqə saxlayıb. Anası və yoldaşı ona evlərini tərk etməyəcəklərini bildiriblər.

Evinə mərminin düşməsini Nadir Qurbanov kəndin ərazisində xidmətdə olarkən özü görüb.O, dağılmış evlərinə doğru yaxınlaşdıqda dəhşətli mənzərə ilə qarşılaşır. 15 illik yoldaşı, anası, atası və 2 uşağının həlak olduğunu görür.

Ailənin Bakıda təhsil alan övladı isə həmin vaxt evdə olmadığı üçün sağ qalıb. Nadir Qurbanov həyatındakı ən dəyərli sərvəti olan ailəsini xatırladan evə hər dəfə baxanda gözündə xoş xatirələrin canlandığını və bunlara görə düşmənə nifrətinin birə-beş artdığını vurğulayıb.(xezerxeber)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3777   Tarix: 24 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş