"Mübariz İbrahimov Azərbaycan xalqının əfsanəsidir"

"Mübariz İbrahimov Azərbaycan xalqının əfsanəsidir""Mübariz İbrahimov Azərbaycan xalqının əfsanəsidir".

BiG.AZ xəbər verir ki, bunu Sonxeber.az-a açıqlamasında deputat Nəsib Məhəməliyev bildirib.

Deputat qeyd edib ki, Mübariz İbrahimovun şəhid olduğu yerdə Azərbaycann bayrağının dalğalanması əsgərlərimizin ona olan vəfa borcudur:

"Hesab edirəm müharibə bitəcək, Mübariz İbrahimov və minlərlə belə igidlərimizlə bağlə əsərlər yazılacaq, teatr tamaşaları qurulacaq, filmlər çəkiləcək. Bu gün işğaldan azad olunmuş vətənmizin hər bir nöqtəsi bizim şərəf və qürur mənbəyimizdir. Arzulayıram ki, bütün ərazilərimiz işğaldan azad olunsun, uşaqdan böyüyə hər bir azərbaycanlı, o yerləri ziyarət etsin.

Torpaqlarımızın nə vaxtsa erməni vandalları tərəfindən işğal altında olması və 30 il ərzində onlar tərəfindən zəhərlənməsi acı yuxu kimi keçmişdə qalsın. Hesab edirəm ki, yaxın gələcəkdə cənab prezidentin vurğuladığı kimi düşmən tərəfindən cəhənəmə dönmüş və dağıdılmış torpaqlarımız cənnətə döndərəcəyik. Düşünürəm ki, o günlər heç də uzaqda deyil".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 829   Tarix: 23 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş