İslam aləminin ən böyük alimlərindən biri maşınına bomba qoyularaq qətlə yetirildi
Terrorçular Suriyanın paytaxtının müftisini öldürüblər.
BiG.AZ xəbər verir ki, bu barədə SANA agentliyi xəbər yayıb.
Terror hücumu 22 oktyabr axşamı Dəməşq yaxınlığındakı Qudsiya şəhərində baş verib. Cinayətkarlar Şeyx Məhəmməd Adnan əl-Afyuninin avtomobilinin altına bomba yerləşdiriblər. Partlayış nəticəsində ağır yaralanan müftinin həyatını xilas etmək mümkün olmayıb.
Şeyx Afyuni Suriyanın və İslam dünyasının ən görkəmli alimlərindən biri idi. O, həmçinin, Çam Beynəlxalq Ekstremizmə Qarşı Mübarizə Mərkəzinin baş idarəçisi olub. (oxu.az)
BiG.Az


Xəbərlər Baxılıb: 1189 Tarix: 23 oktyabr 2020
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş