Fransada müsəlman qadınları bıçaqladılar

Fransada müsəlman qadınları bıçaqladılarFransanın Paris şəhərində Eyfel Qülləsi yaxınlığında naməlum şəxslər bıçaqla hücum edərək iki müsəlman qadını yaralayıblar.

BiG.AZ xəbər verir ki, bu barədə "Daily Mail"in verdiyi məlumat yayıb.

Ölkədəki vəziyyətin bir məktəb müəlliminin Məhəmməd peyğəmbərin karikaturasına görə öldürülməsindən sonra kəskinləşdiyi qeyd olunur.

Bildirilir ki, ərəb mənşəli iki bacı gəzdikləri zaman aqressiv itlər onlara hücum çəkiblər. Bu zaman bacılar uşaqları çox qorxduqları üçün itlərin sahibinə deyiblər ki, onları geri çəksinlər.

Buna cavab olaraq itlərin sahibləri qadınları təhqir etməyə başlayıblar, sonra bıçaq çıxarıb müsəlman qadınlara hücum ediblər.

Yaralılar xəstəxanaya yerləşdirilib, cinayətkarlar polis tərəfindən saxlanılıblar. Onlar insan öldürməyə cəhddə günahlandırılırlar. /Oxu.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1690   Tarix: 21 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş