Palçıqda oynamaq uşaqlara xeyirdir

Palçıqda oynamaq uşaqlara xeyirdirUşaqlara immunitet sistemini gücləndirmək üçün açıq havada və palçıqda oynamağa icazə verilməlidir.

"Science Advances" jurnalının məlumatına görə, Helsinki Universitetinin alimləribununla bağlı uzunmüddətli araşdırmalardan sonra belə qənaətə gəliblər.

Mütəxəssislər üç-beş yaşlı 75 uşağın iştirakı ilə bir sınaq keçiriblər.

Bir qrup uşaq meşə çəmənliyi əlavə edilən oyun meydançalarında oynayıblar, həmçinin meşəyə gəzintiyə çıxarılıblar.

Digər bir qrup isə şəhərdə qalıb.

Araşdırmaya görə,meydançalarda oynayan uşaqların dəridəki bakteriyaların müxtəlifliyi artıb ki, bu da immunitet sistemini gücləndirib. Bundan başqa, onların qan nümunələrində iltihab əleyhinə IL-10 zülalının miqdarı artıb.

Alimlər uşaqların torpağın üst qatındakı mikroblarla təmasın vacib olduğu qənaətinə gəliblər. /xezerxeber.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 958   Tarix: 20 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş