Ermənistanın Su-25 təyyarəsinin vurulması yalanı onların öz əleyhinə çevrildi

Ermənistanın Su-25 təyyarəsinin vurulması yalanı onların öz əleyhinə çevrildi"Ermənistanın Rusiya ilə Vahid Hava Hücumundan Müdafiə Sistemi Ermənistanı Rusiyadan asılı vəziyyətdə saxlayır" – erməni ictimaiyyəti bu cür düşünür.

Nigeriya xalqının belə bir atalar sözü var – yalan satan əvəzini həqiqətlə ödəyir.

Məlumdur ki, sentyabrın 27-dən işğalçı Ermənistanın ölkəmizə növbəti hücumu başladı və Azərbaycan əks-hücum əməliyyatına keçdi. Hazırda qoşunlarımız erməni işğalçıları üzərində üstünlük əldə ediblər və işğal olunmuş ərazilərimizin bir hissəsi artıq düşməndən təmizlənib.

Belə ağır döyüşlərə tab gətirə bilməyən Ermənistan hökuməti əsas mübarizəni informasiya məkanına yönəldib. Məqsədləri aydındır: Azərbaycanı dünyaya işğalçı kimi təqdim etmək, Azərbaycan Ordusunun müvəffəqiyyətlərinə kölgə salmaq, xalq-ordu-dövlət birliyini zəiflətmək. Bununla yanaşı, strateji məqsədləri də var: Türkiyənin Cənubi Qafqaz siyasətini ləkələmək, Türkiyənin nüfuzunu dünya birliyinin gözündən salmaq, Türkiyə-Azərbaycan müttəfiqliyini zəiflətmək, Cənubi Qafqaz regionunda Türkiyə amilini Rusiyaya təhdid kimi təqdim edərək Rusiyanı müharibəyə cəlb etmək, xaricdən PKK və YPG kimi kürd əsilli terrorçu qrupların döyüşçülərini əraziyə gətirməklə münaqişə coğrafiyasını genişləndirmək.

Təbii ki, alçaq, hiyləgər siyasətin özünə bənzər metodları var: yalan, dezinformasiya, şantaj və falsifikasiya. Ermənistanın hər sözündə, hər addımında bunların şahidi oluruq. Məsələn, belə halları həm "Türkiyənin suriyalı terrorçuları Azərbaycana gətirməsi", həm də "Türkiyənin F-16 qırıcısının ermənilərin Su-25-ni Ermənistanın hava məkanında vurması" kimi yalanların baş nazir Nikol Paşinyan səviyyəsində dilə gətirilməsində gördük.

Təbii ki, hər iki iddia yalandır və ölkə daxilində yaranan narazılığı və etirazları susdurmaq üçün ortalığa atılıb.

Döyüşlərdəki uğursuzluqlarını "biz Azərbaycanla yox, NATO-nun ən güclü ordularından biri olan Türkiyə ordusu ilə vuruşuruq" yalanları ilə ört-basdır etməyə çalışırlar, erməni təbliğat maşını ordunun zəif və bacarıqsız olmasını gizlətməyə cəhd edir.

Monqol atalar sözündə deyilir ki, yavaş-yavaş aldatmaqla yalançı, yavaş-yavaş mənimsəməklə isə oğru olursan. Maraqlıdır ki, cümlənin hər iki hissəsi ermənilərin bu gün etdiyi hərəkətlərin mahiyyətini ortaya qoyur. Amma Paşinyan hakimiyyətinin yalanları Paşinyanın özünün əleyhinə çevrildi.

"MediaPost" Ermənistanda dərc edilən "Ermənistan Respublikası" qəzetinə istinadən bildirir ki, Su-25 təyyarəsinin "vurulması" məsələsi artıq ölkə daxilində bir sıra suallar yaradıb. Ən vacibi isə bu sualdır – Ermənistanın hava məkanı Rusiya ilə Vahid Hava Hücumundan Müdafiə Sistemi vasitəsilə qorunduğu halda, Türkiyə Hərbi Hava Qüvvələrinin qırıcısı Ermənistan təyyarəsini necə məhv edə bilər ki?

Məntiqlə, yəni Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlüyünü nəzərə alsaq, "məhvetmə" faktı erməni hava məkanında baş verməsəydi belə, F-16 qırıcısı erməni təyyarəsinə zərbə endirə biləcək məsafəyə yaxınlaşanda artıq Vahid Hava Hücumundan Müdafiə Sistemi avtomatik olaraq işə düşməli idi.

Göründüyü kimi, Ermənistan rəhbərliyinin məntiqli düşünmə qabiliyyəti yoxdur, bu səbəbdən də öz yalanlarına özləri cavab verməli olurlar. Cavab isə bizim, yəni Azərbaycan tərəfdən də çox, ermənilərin özlərinə maraqlıdır.

Bugünkü gündə erməni ictimaiyyəti öz Müdafiə Nazirliyinə üz tutaraq cəmi bir sual verir: Vahid Hava Hücumundan Müdafiə Sisteminin Ermənistanın müdafiəsini təmin etməsi barədə verilən bəyanatlar reallığı, həqiqəti əks etdirir, yoxsa bu, sadəcə kağız üzərində yazıdır?

Bizdən isə erməni xalqına həmişəki kimi məsləhət: "Rusiyaya etibarımızı itirmişik" deyən Nikol Paşinyandan soruşun ki, "müstəqil" Ermənistanın müdafiəsini və təhlükəsizliyini kim təmin edir? Sizin "məğlubedilməz" ordunuz? Xaricdəki diasporlarınız? Yoxsa, kürd terrorçu qruplaşmalarının döyüşçüləri? Və ya Rusiya?

Rusiyadırsa, onda təyyarənin Ermənistan hava məkanında vurulması məsələsinə qayıdaq – belə çıxır ki, Rusiya Ermənistanı kimdən, nə vaxt müdafiə edib-etməməklə bağlı qərarı özü verir. Necə deyərlər, pul verən musiqini də sifariş verir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 16511   Tarix: 01 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995