Ermənistan səhiyyəsi süqutunu yaşayır, yaralı hərbçilər xəstəxanalarda ölür

Ermənistan səhiyyəsi süqutunu yaşayır, yaralı hərbçilər xəstəxanalarda ölürAzərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatlarından sonra məhv edilən, yaralanan erməni silahlılarının sayı durmadan artır. Azərbaycan əsgəri cəbhə xəttində davam edən döyüşlərdə açdığı sərrast atəşlə düşmən hərbçilərini sıradan çıxarır. Ermənistan hökuməti hazırda itkilərinin sayını gizlətsə də, bir neçə gün əvvəl yaralı hərbçi çoxluğundan ölkənin xəstəxanalarında xəstə qəbulu dayandırılıb. Çünki Ermənistanın səhiyyə ocaqları eyni anda yaralı hərbçilərlə, mülki vətəndaşları qəbul etmək iqtidarında deyil. Elə təkcə bu fakt Ermənistan səhiyyəsinin əsl mahiyyətini üzə çıxarır.

Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev "Report" a açıqlamasında deyib ki, Ermənistanda hazırda səhiyyənin süqutunun yaşandığı hər kəsə məlumdur:

"Bunu bir çox rəsmi statistikalar da sübut edir. Bu məqamda rəsmi statistikalara əsaslanaraq bugünkü Vətən müharibəsində diqqəti vacib olan digər məsələlərə yönəltmək istəyirəm".

N.Abdullayev rəsmi statistikalara əsasən Ermənistanda 1000 nəfərə düşən həkim sayının Azərbaycandakı həkim sayından dəfələrlə az olduğunu vurğulayıb:

"Ermənistanda ümumi tibbi xidmətin səviyyəsinin də aşağı olduğunu nəzərə alsaq, orada həkim sayının daha az olması müharibə şəraitində onlara çox ciddi problem yaradır. Bundan əlavə, rəsmi statistikalar 1000 nəfərə düşən tibbi personalın və çarpayının da Azərbaycana nisbətən Ermənistanda dəfələrlə aşağı olduğunu sübut edir. Bu da onlarda hər hansı tibbi xidmətləri, məsələn cərrahi əməliyyatları həyata keçirmək üçün imkanlarının, şəraitlərinin də olmamasını üzə çıxarır. Beləliklə, bu, onun göstəricisidir ki, Ermənistanın tibbi xidmət səviyyəsi 0-a yaxınlaşır".

"Rəsmi statistik göstəricilərə əsasən, düzgün qənaətə gəlmək olur ki, Ermənistan bu müharibəni təkcə hüquqi müstəvidə deyil, eləcə də hərbçilərinə düzgün tibbi xidmət göstərə bilməyərək ağır və çox saylı itkilərlə uduzur", - N.Abdullayev əlavə edib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4726   Tarix: 01 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381