Hərbiyə çağırılanların maaşı necə ödəniləcək? - ŞƏRH

Hərbiyə çağırılanların maaşı necə ödəniləcək? - ŞƏRHAzərbaycanın ərazi bütövlüyü uğrunda gedən qızğın döyüşlərlərdə Ordumuzun uğurlu əməliyyatına dəstək olmaq istəyənlərin və ordu sıralarına könüllü qoşulanların sayı günbəgün artır.

Eləcə də, sentyabrın 28-də ölkədə qismən səfərbərlik elan edildi. Bu ərəfədə hərbi vəzifəlilərin səfərbərlik üzrə hərbi xidmətə çağırılması və hərbi-nəqliyyat vəzifəsindən irəli gələn tədbirlərin həyata keçirilməsi təmin edilir. Bəs hərbi xidmətə çağırılan vətəndaşların əməkhaqqı ödənişi davam edəcəkmi və bu məbləğ nə qədər olacaq?

BiG.AZ xəbər verir ki, məsələ ilə bağlı "MediaPost"a açıqlama verən hüquqşünas Şəhiyar Həbilov bildirdi ki, hazırda çalışan və rəsmi işçi olan (əmək müqaviləsi üzrə) şəxslər hərbiyə çağırılırsa, Əmək Məcəlləsinin 179-cu maddəsinin "g" bəndinə əsasən onun orta əmək haqqı və iş yeri saxlanılır: "Belə ki, hərbi mükəlləfiyyətlə bağlı vəzifələrin yerinə yetirilməsi üçün hərbi və xüsusi toplanışlara və səlahiyyətləri daxilində hərbi komissarlıqların cəlb etdiyi digər hərbi tədbirlərdə iştirak etdikdə, habelə hərbi nəqliyyat vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar ezam olunduğu hallar işçilərin iş yerinin və orta əmək haqqının saxlandığı hallar hesab olunur.

Hüquqşünas bildirib ki, bu zaman orta əmək haqqı müəyyən olunur: "Orta əmək haqqı da Əmək Məcəlləsinin 177-ci maddənin 2-ci bəndinə əsasən hesablanır. Bu zaman əmək məzuniyyəti dövrü üçün verilən əmək haqqı istisna olmaqla qalan bütün hallarda işçinin orta əmək haqqı ödənişdən əvvəlki iki təqvim ayı ərzində qazandığı əmək haqqının cəmi həmin aylardakı iş günlərinin sayına bölməklə bir günlük əmək haqqı tapılır və alınan məbləğ əmək haqqı saxlanılan iş günlərinin sayına vurulmaqla müəyyən edilir".

"Həmçinin işçi hərbi və ya alternativ xidmətə çağırıldıqda tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq əmək müqaviləsinə xitam verilə bilərş Bu barədə Məcəllənin 74-cü maddəsinin 1-ci bəndinin "a" yarımbəndində qeyd olunur", - deyə Ş. Həbilov əlavə edib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4459   Tarix: 01 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Hakan Fidan Ər-Riyadda Blinkenlə görüşdü

Türkiyə xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Entoni Blinken ilə görüşüb. BİG.AZ xəbər verir ki, bu haqda türk mediası məlumat yayıb. Görüşün Ər-Riyadda olduğu bildirilib

29.04.2024 176
.

Türkiyədə "TikTok" qadağan oluna bilər

"TikTok" platformasının Türkiyədə qadağan edilməsi üçün addım atıla bilər. Məlumata görə, Milliyyətçi Hərəkat Partiyasının Kırıkkale millət vəkili Halil Öztürk müvafiq təşəbbüslə çıxış edib. "Aydındır ki, çoxlu əxlaqsız paylaşımlar və milli dəyərlərimizi tapdalayan "TikTok" ə

29.04.2024 131
.

"Prezident İlham Əliyevin Rusiyaya səfəri iki ölkə arasında əməkdaşlığın gələcək inkişafına böyük təkan verəcək" - DEPUTAT

"Ölkələrarası münasibətlərin pisləşdiyi, qarşıdurma meyillərinin artdığı hazırki dövrdə Azərbaycan dünya dövlətləri ilə mövcud əlaqələrini genişləndirməkdə, yeni-yeni əməkdaşlıq sahələri qurmaqdadır. Milli maraqlarımızın qorunması və ölkəmizin nüfuzunun artması istiqamətində ölkə başçımız cəna

29.04.2024 186
.

"Threads" Türkiyədə bağlandı

Türkiyədə "Threads" sosial şəbəkəsinə giriş bağlanıb. Axşam.az xəbər verir ki, "Meta" şirkətinə məxsus olan şəbəkə Rəqabət Qurumunun qərarı ilə bu gündən etibarən türkiyəli istifadəçilər üçün əlçatmazdır. Bildirilir ki, sosial şəbəkə antiinhisar qaydalarını pozur. Belə ki, tətbi

29.04.2024 129
.

Belçika Ukraynaya F-16 göndərəcək

Belçika Ukraynaya F-16 göndərəcək. BİG.AZ xəbər verir ki, bu barədə Belçikanın Baş naziri Alexander De Croo məlumat yayıb. Məlumata əsasən, ilin sonuna qədər Ukraynaya F-16 döyüş təyyarələri göndərəcəklərini açıqlayıb. O bildirib ki, döyüş təyyarələrinin dəyəri dondurulmuş Rusiya aktivləri hesabına ödəniləcə

29.04.2024 183
.

Almatı görüşündən gözləntilər nədir? - RƏY

Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramov Almatıda görüşəcəklər. Politoloq Elşən Manafov -a bildirib ki ,Almatıda baş tutacaq növbəti görüş tərəflər arasındakı problemlərin vasitəçilərsiz çözülə biləcəyi ilə bağlı prezident İlham Əliyevin irəli sürdüyü təklifləri

29.04.2024 275
.

Azərbaycanda hərbi çağırışın son yaş həddi 30-a ENDİRİLSİN - TƏKLİF

Bildiyimiz kimi, iki ölkə arasında danışıqlar prosesi çərçivəsində delimitasiya və demarkasiya prosesinə başlanılıb. Eyni zamanda işğal altında olan Qazaxın 4 kəndi geri qaytarıldı. Görünən odur ki, iki ölkə arasında danışıqlar prosesi vasitəçisiz öz müsbət nəticəsini verir. Bir neçə əvvəl Milli Məclisd

29.04.2024 386
.

Paşinyan Vladimir Putinin andiçmə mərasiminə getməyəcək

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinin mayın 7-də Moskva vaxtı ilə saat 12:00-a planlaşdırılan andiçmə mərasiminə getməyəcək. Bu barədə "MediaHub" öz mənbələrinə istinadla xəbər verib. Bildirilib ki, Ermənistan mahiyyətcə müttəfiq kimi Rusiyadan narazı olduğun

29.04.2024 165
.

Qeyri-qanuni nikahlar hansı fəsadlara yol açır? - VİDEO

Azərbaycanda hər yeddi uşaqdan biri qeyri-qanuni nikahdan doğulur. Bu, Dövlət Statistika Komitəsinin məlumatlarda qeyd edilib. Millət vəkili Fəzail Ağamalı bildirib ki, həmin nikahlar Avropa ölkələrində azalsa da, ölkəmizdə artmaqdadır:. "Gənclərin atdığı bu addım hər iki tərəf və gələcəkdə doğulaca

29.04.2024 230