Hikmət Hacıyev: "Bu əməliyyatları sülhə məcburetmə əməliyyatı da adlandırmaq olar"

Hikmət Hacıyev: "Bu əməliyyatları sülhə məcburetmə əməliyyatı da adlandırmaq olar""Biz Ermənistan- Azərbaycan qoşunlarının təmas xəttində yaranmış vəziyyətə görə beynəlxalq ictimaiyyətin ciddi narahatlığını başa düşürük. Bu narahatlığı Azərbaycan Respublikası özü dəfələrlə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırırdı".

Oxu.az xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu regional sülh və təhlükəsizlik üçün hər zaman böyük təhlükə olub:

"2016-cı ilin Aprel döyüşlərində, Tovuz hadisələrində və son hadisələrdə də biz bir daha bunun şahidi olduq ki, qəbul olunmuş ssenari üzrə Ermənistan tərəfi növbəti təxribatlarını həyata keçirir. Bu xüsusilə də Ermənistan Respublikasının qəbul etdiyi irticaçı və aqressiv xarakter daşıyan hərbi doktorinadan və milli təhlükəsizlik konsepsiyasından irəli gəlir ki, bunun mahiyyətində yeni müharibələr, yeni ərazilərin işğalı nəzərdə tutulur".

H.Hacıyev onu da əlavə edib ki, ölkə başçısı ötən gün mövcud vəziyyətlə bağlı xalqa müraciət edib və Təhlükəsizlik Şurasının iclasını keçirib:

"Azərbaycan Respublikasının Silahlı Qüvvələri Azərbaycan Respublikasının suveren ərazilərində fəaliyyət göstərərək, Azərbaycanın müdafiəsini təşkil edir. Bu müdafiə xarakterli olan əməliyyatlardır. Burada da əsas məqsəd təmas xəttinə yaxın, kompak şəkildə yaşayan mülki azərbaycan əhalisinin təhlükəsizliyini təmin etmək və Ermənistanın bu kimi təxribatlarının qarşısını almaq üçün əks-həmlə tədbirləri həyata keçirməkdir. Hətta bu əməliyyatları sülhə məcbur etmə əməliyyatı da adlandırmaq olar. Bu yolla Ermənistan nəhayət ki, sülhə məcbur edilsin və danışıqlar prosesində də konstruktiv şəkildə iştirak etsin ".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2858   Tarix: 28 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"The Guardian": Britaniyanın Aİ-yə vahid mal bazarı yaratmaq təklifi rədd edilib

Böyük Britaniya hökuməti ikitərəfli münasibətlərin dərinləşdirilməsinin bir hissəsi olaraq Avropa İttifaqına (Aİ) vahid mal bazarını yaratmağı təklif edib, lakin təklif qəbul olunmayıb. "Report" xəbər verir ki, "The Guardian" qəzeti bu barədə mənbələrə istinadən məlumat yayıb. Məlumat

24.05.2026 159
.

Pakistan tezliklə ABŞ-İran danışıqlarına ev sahibliyi edəcəyinə ümid edir

Pakistan tezliklə ABŞ və İran arasında yeni danışıqlar mərhələsinin keçiriləcəyi məkana çevrilməyə ümid edir. "Report" xəbər verir ki, bunu Pakistanın Baş naziri Şahbaz Şərif bildirib. "Pakistan sülh səylərini son dərəcə səmimiyyətlə davam etdirəcək və ümid edirik ki, danışıqların növbət

24.05.2026 131
.

Tramp Si Cinpinlə görüşündə Yaponiyanın Baş nazirini müdafiə edib

ABŞ Prezidenti Donald Tramp Çin Xalq Respublikasının Sədri Si Cinpinlə danışıqlar zamanı Çin lideri onu tənqid edərkən Yaponiyanın Baş naziri Sanae Takaiçini dəstəkləyib. "Report" xəbər verir ki, bu barədə Yaponiyanın "Yomiuri Shimbun" qəzeti hökumət mənbələrinə istinadən yazıb. Nəşri

24.05.2026 153
.

Pentaqon rəhbəri hərbçilərin sayını artırmağı planlaşdırır

ABŞ, ordusundakı hərbçilərin sayını 2027-ci ilə qədər artırmağı planlaşdırır. "Report" xəbər verir ki, bu barədə Pentaqon rəhbəri Pit Heqset bildirib. "Gələn il ordunun sayını artırdığımız zaman daha da böyük olacaq", - deyə o bildirib. Pentaqon rəhbəri əlavə edib ki, ABŞ ordusu 2026-c

24.05.2026 135
.

Avtomobil bazarında yeni böhran: Sintetik yağlara limit qoyuldu

"Nissan" və "Toyota" şirkətləri sintetik mühərrik yağlarının tədarükünə limit tətbiq etməyə və dilerlərə göndərilən həcmləri azaltmağa başlayıblar. "Carscoops" nəşrinə istinadən xəbər verir ki, sürtkü materialları böhranı günü-gündən daha da kəskinləşir. Avtomobil istehsalçılarını

24.05.2026 150
.

Azərbaycan Xarici İşlər Nazirliyi Pakistana başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Kvetta şəhərində qatarda törədilən terror aktı ilə əlaqədar Pakistana başsağlığı verib. OxuAz xəbər verir ki, bu barədə məlumat Azərbaycan XİN-in "X" sosial şəbəkə hesabında yayılıb. "Biz Pakistanın Kvetta şəhərində qatarı hədəf alan, günahsız insanları

24.05.2026 158
.

"Daily Mail": Vens 2028-ci il prezident seçkilərindən geri çəkilə bilər

ABŞ-nin vitse-prezidenti Cey Di Vens, Tulsi Qabbardın milli kəşfiyyatın direktoru vəzifəsindən istefasından sonra 2028-ci il prezident seçkilərindən çəkilməyi düşünür. "Report" xəbər verir ki, bu barədə "Daily Mail" mənbələrə istinadən məlumat yayıb. Onların məlumatına görə, Qabbar

24.05.2026 131
.

"TikTok" və "YouTube" Böyük Britaniyada uşaqlar üçün təhlükəli hesab olunub

"TikTok" və "YouTube" platformalarının əsaslı dəyişikliklər etməkdən boyun qaçırması səbəbindən oradakı kontent uşaqlar üçün təhlükəsiz hesab edilmir. xəbər verir ki, bu barədə Böyük Britaniyanın "Ofcom" rabitə tənzimləyicisinin hesabatında bildirilib. Qeyd olunub ki, dah

24.05.2026 151
.

İran ABŞ-yə yeni nüvə təklifi verdi

İran ABŞ ilə aparılan dolayı danışıqlar çərçivəsində uranın 3.6%-dən yuxarı zənginləşdirilməsinin 10 il müddətinə dayandırılması təşəbbüsü ilə çıxış edib. xəbər verir ki, bu barədə "Al Hadath" mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, İran uranın 20%-dən yuxarı zənginləşdirilmiş hissəsin

24.05.2026 166
.

TOP MP3