Nazirlər Kabinetinin növbəti iclası keçirildi

Nazirlər Kabinetinin növbəti iclası keçirildiBu gün Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə Azərbaycan Respublikasının 2021-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2021-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərinin müzakirəsinə həsr olunmuş iclas keçirilib.

Bu barədə BiG.AZ-a Nazirlər Kabinetindən məlumat verilib.

Ə.Əsədov bildirib ki, pandemiya nəticəsində "qlobal məcmu tələbin azalması, dünya bazarlarında neftin qiymət volatilliyinin yüksəlməsi, həmçinin məhdudlaşdırıcı tədbirlərin tətbiqi bütün dünya ölkələrində olduğu kimi, Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşməyib və nəticədə ölkəmizdə də iqtisadi fəallığın azalması müşahidə olunub.

Baş Nazir xərclərin səmərəliliyi və qənaətin vacibliyini vurğulayaraq deyib ki, büdcə təşkilatları tərəfindən cari xərclərdən səmərəli, düzgün istiqamətdə və qənaətcil istifadə olunmalıdır: "Çünki bir cox hallarda büdcə təşkilatlarında izafi xərclərə yol verilir, ştat vahidlərinin sayı artırılır, lazım olmayan alışlar həyata keçirlir, satınalmalarda qiymətlər olduğundan çox yüksək göstərilir. Həmçinin büdcə alışlarında bir qayda olaraq idxala üstünlük verilir. Aidiyyəti orqanlar tərəfindən büdcə təşkilatlarında cari xərclərin effektiv istifadəsinə nəzarət daha da gücləndirilməlidir. Eyni zamanda prioritet olmayan tədbirlərin keçirilməsinə üstünlük verilməməli, bu istiqamətdə xərclər optimallaşdırılmalı, o cümlədən lüzumsuz ezamiyyətlər və əlaqəli xərclər azaldılmalıdır. Növbəti ilin dövlət büdcəsində əsaslı xərclər çox önəmli əhəmiyyət kəsb edir. Təbii ki, investisiya xərcləri iqtisadi artıma, məşğulluğa müsbət təsir edir. Lakin investisiya proqramlarının şəffaflığının, iqtisadi səmərəsinin və gəlirliliyinin yüksəldilməsi olduqca vacibdir. Qeyri-prioritet təşkil edən investisiya layihələri ixtisar olunmalı və ayrılmış vəsaitlər qənaətlə istifadə edilməlidır".

Ə.Əsədov daha sonra diqqəti Prezident İlham Əliyevin dövlət şirkətlərinin fəaliyyətinin səmərəliliyini artırılması haqqında tapşırığına cəlb edib: "Cənab Prezident avqustun 6-da keçirdiyi videomüşavirədə dövlət şirkətlərində idarəetmənin təkmilləşdirilməsini, dövlət tərəfindən maliyyə dəstəyinin göstərilməsinə baxmayaraq onların fəaliyyətinin səmərəli olmadığını, əksər dövlət şirkətlərinin maliyyə vəziyyətinin ağır olduğunu, borclanma yükünün artdığını və bu sahədə nəzarət funksiyasının kifayət qədər effektiv olmadığını bildirib. Qeyd olunan problemlərin həlli məqsədilə Prezidentin 7 avqust tarixli fərmanı ilə Azərbaycan İnvestisiya Holdinqi yaradııb və bu qurumun qarşısında çox vacib və ciddi tapşırıqlar qoyulub".

Qeyd olunub ki, ölkənin hərbi potensialının və ordu quruculuğunun daha da gücləndirilməsi istiqamətində növbəti ilin büdcəsində də ciddi artım nəzərə alınıb və ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin təmin edilməsi, xüsusi müdafiə xarakterli layihələr və tədbirlər üçün maliyyə təminatının yaradılması növbəti büdcə ilində də öz prioritetliyini saxlayacaq.

Baş Nazir qeyd edib ki, Prezidentin rəhbərliyi altında ortamüddətli perspektivdə, o cümlədən 2021-ci ildə də hökumət qarşısında qoyulan bütün tapşırıqlar vaxtında və bütövlükdə icra olunacaq.

İclasda İqtisadiyyat naziri Mikayıl Cabbarov, Maliyyə nazirinin müavini Azər Bayramov, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, Naxçıvan Muxtar Respublikasının Baş naziri Səbuhi Məmmədov, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev çıxış edərək büdcə layihəsi haqqında fikirlərini bildiriblər.

Sonda Nazirlər Kabineti xüsusi Qərarla "Azərbaycan Respublikasının 2021-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri" və "Azərbaycan Respublikasının 2021-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri"nin bəyənilməsi və layihələrin və "Büdcə sistemi haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində nəzərdə tutulan digər sənədlərlə birlikdə Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi haqqında qərar qəbul edib.

Nazirlər Kabinetinin növbəti iclası keçirildiNazirlər Kabinetinin növbəti iclası keçirildi


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1189   Tarix: 23 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Yerlə bağlı XƏBƏRDARLIQ - 15-16 saat ərzində...

Yerdə qeomaqnit qasırğası başlayıb. xəbər verir ki, qeomatnit qasırğası orta həddən zəifə doğru dəyişəcək. Təbiət hadisəsi minimum 15-16 saat davam edəcək. Meteoroloq Mixail Leus qeyd edib ki, qeomatnit qasırğası zəifləsə belə meteohəssas insanlar üçün təsir gücünü itirməyəcək. Onlarda təzyiqin oynamas

10:08 420
.

Paşinyan Putinin andiçmə mərasimində iştirak etməyəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinin andiçmə mərasimində iştirak etməyəcək. xəbər verir ki, jurnalistlərin Nikol Paşinyanın Vladimir Putinin andiçmə mərasimində iştirak etmək üçün Moskvaya gedəcəyi ilə bağlı sualına Ermənistan Milli Assambleyasının sədri Alen Simonya

21:30 0
.

Sumqayıt sakini itkin düşüb

Sumqayıt şəhər sakini Cavidan Alim oğlu Əliyev 30.04.2024-cü il tarixində saat təxminən 13 radələrində yaşadığı Yaşıldərə bağlar ərazisindəki ünvanından çıxıb və indiyədək geri qayıtmayıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat verib. Bildirilib ki, C.Əliyevin əlamətləri bunlardır

20:41 84
.

Bakı dünyanın "İdman Paytaxtı" seçilib - FOTO

Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyası Bakını 2026-cı il üçün dünyanın "İdman paytaxtı" seçib. xəbər verir ki, bu gün beynəlxalq təşkilatdan ölkəmizə göndərilmiş rəsmi məktubda Bakı şəhərinin namizədliyinin təsdiqləndiyi bildirilib. Azərbaycanda əhalinin sağlamlığının möhkəmləndirilməsi

17:52 185
.

Azərbaycan və Ermənistan XİN başçılarının Almatı görüşünün tarixi açıqlanıb - FOTO

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanın Qazaxıstanın Almatı şəhərində görüşünün tarixi bəlli olub. Bu barədə Azərbaycan XİN sözçüsü Ayxan Hacızadə "X" hesabında paylaşım edib. Onun sözlərinə görə, görüş mayın 10-da Almatıda baş tutacaq

11:15 211
.

Bakıda məşhur şadlıq sarayı SÖKÜLÜR - FOTO

Bakının Xətai rayonu Gəncə prospektində yerləşən "Şəms" şadlıq evinin söküntüsünə hazırlıq gedir. Sakinlərin -a verdiyi məlumata görə, ötən gündən başlayaraq şadlıq evinin kənarına dəmir qaynaq edilir və hasara alınır. Məlumat üçün bildirək ki, "Şəms" şadlıq evinin bir müddət önc

20:52 80
.

17 yaşlı qızın ölümündə günahkar kimdir?

Hacıqabulun II Udulu kənd sakini 2007-ci il təvəllüdlü Ayişə Qarayeva Eyvaz qızı qızılcadan ölüb. Atası Eyvaz Qarayev Bizim.Media-ya verdiyi açıqlamada bildirib ki, qızının ölümünə həkim səhlənkarlığı səbəb olub. Eyvaz Qarayevin sözlərinə görə, mayın 2-də Ayişə Qarayevaya Hacıqabul Mərkəzi Xəstəxanasını

20:29 134
.

Paşinyan sabah mətbuat konfransı keçirəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan mayın 7-də mətbuat konfransı keçirəcək. xəbər verir ki, bu barədə erməni mətbuatı bildirib. Konfransın saat 12:00-da baş tutacağı qeyd edilib

21:45 0
.

İtaliyada tələbələr Fələstinə dəstək üçün çadır qurdular

İtaliyada tələbələr Fələstinə dəstək və həmrəylik məqsədi ilə Bolonya Universitetinin rektorluq binası qarşısında çadırlar qurublar. BİG.AZ xəbər verir ki, bu barədə İtaliya mediası məlumat yayıb. Məlumata görə, İsrailin Qəzzada, xüsusilə ABŞ-ın nüfuzlu ali təhsil müəssisələrinin kampuslarında mülk

15:00 116