Azərbaycanda toyların bərpası dəqiqləşdi - Bu TARİXDƏN... - AÇIQLAMA

Azərbaycanda toyların bərpası dəqiqləşdi - Bu TARİXDƏN... - AÇIQLAMAToylar oktyabr ayından bərpa edilə bilər.

BiG.AZ xəbər verir ki, son bir neçə gün ərzində ərazi icra hakimiyyətlərindən şadlıq evlərinə ünvanlanan sorğular belə deməyə əsas verir. Şadlıq evləri də artıq müəyyən hazırlıqlara başlayıblar. Paytaxt ərazisində yerləşən obyektlərin administratorlarının sözlərinə görə, son 1-2 gündə sifariş yazdıranların sayında müəyyən artım hiss edilir. Əsasən toyları karantinə görə dəfələrlə təxirə düşən müştərilər müraciət edirlər. Amma onların arasında yeni müştərilər də az deyil.

Hələlik toyların bərpası ilə bağlı rəsmi məlumat olmasa da, bəzi restoranlarda oktyabr ayına boş yer tapmaq belə mümkün deyil. Mərasimlərin Məhərrəm ayından - oktyabrın 18-dən sonra bərpa ediləcəyi istisna edilmir. Saray rəsmiləri hələlik dəqiq məlumat olmadığı üçün yeni qiymət siyasətləri ilə bağlı da məlumat verə bilməyəcəklərini deyirlər.

8 km ərazisində yerləşən şadlıq saraylarından birinin administratorunun sözlərinə görə, icra hakimiyyətindən restoranın ərazisinin neçə kvadrat metr olması, zalların ölçüsü, müştəri tutumları ilə bağlı dəqiqləşmələr aparılır. "İcradan zəng edib açılacağını deyiblər. Lakin hələ dəqiq tarix bəlli deyil. Bütün obyektlərdən say, sahə soruşurlar. İndi ona uyğun tarix və qonaq sayı deyəcəklər. Məsələn, 400 nəfərlik zala nə qədər adam, 200 nəfərlik zalda necə adam olsun. 99 faiz toyların bərpa ediləcəyini gözləyirik".

Həmin ərazidəki başqa bir şadlıq evində isə 1-2 günə şərtlərin açıqlanacağı və əmrin çıxmasını gözlədiklərini deyiblər. "Biz də gözləyirik. Sifarişləri dekabr, noyabr aylarına da qəbul edirik. Sifarişlərimiz çoxdur. Bunların əksəriyyəti toyları təxirə salınanlardır. Gözləyirik ki, əmr verilsin, biz də işimizi bilək".

20 Yanvar ərazisində yerləşən şadlıq evlərindən birinin rəsmisi də qeyd edib ki, bütün ərazilər üzrə həm mərasim zalları, həm şadlıq evləri ilə bağlı siyahı hazırlanır, tutumla bağlı məlumat toplanır. "Sözsüz ki, məhdudiyyətlə olacaq. 300-500 nəfərlik toyların olacağını gözləmirik. Ümumiyyətlə, oktyabr ayında mərasimlərin başlayacağına da inanmırıq".

Paytaxtın daha bir populyar sarayından icra hakimiyyəti tərəfindən hazırlanan siyahının Operativ Qərargaha təqdim edilmək üçün hazırlandığı qeyd edilib. "Mənim özümlə danışıblar. Deyiblər ki, bizdən siyahını Operativ Qərargah götürəcək. Ehtimal ki, toylar Məhərrəmlikdən sonra başlayar. Oktyabrda bizdə ümumilikdə yer yoxdur. Ayın 18-dən axırına kimi doluyuq. Onların arasında təxirə düşənlər də, yeni müştərilər də var".

Bakının şadlıq saraylarının daha çox olduğu istiqaməti - Çobanzadə küçəsindəki obyektlərdə zalların tutumunun yarısı qədər qonaqla toy etməyə icazə veriləcəyini gözləyirlər. "Yəqin ki, 300 nəfərlik zallarda 150-120 nəfərlə toya icazə verərlər".

Şadlıq evləri ilə bağlı qeydiyyat Bakı ilə yanaşı rayonlarda da başlayıb. Şəkidən verilən məlumata görə, qurumdan zalların sahəsi, qonaq tutumu ilə bağlı məlumat toplanılıb. "Soruşduq ki, nə məsələdir. Dedilər, ola bilsin ki, şadlıq evləri açıldı. Bakıdan istəyiblər. Rəsmi məlumat hələ ki yoxdur. Elə etməliyik ki, nə müştəri, nə də biz ziyana düşməyək. Qiymət artımı da gözləniləndir. Amma təki açılsın, bir təhər həll edərik". (baku.ws)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 8185   Tarix: 23 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281