"Avropadan Azərbaycanın informasiya məkanına mənfi impulslar ötürənlər milli maraqlarımıza xəyanət edirlər" – Deputat

"Avropadan Azərbaycanın informasiya məkanına mənfi impulslar ötürənlər milli maraqlarımıza xəyanət edirlər" – Deputat"Avropada və Qərbdə gizlənib xalqımıza və dövlət rəhbərinə "ağıl" verən "çoxbilmişlər" düşmənlərdən də çox zərər verirlər".

Bunu "MediaPost"a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu deyib.

O bildirib ki, milli taleyimiz baxımından çox məsuliyyətli tarixi mərhələyə qədəm qoymuşuq və Azərbaycan xalqında həmrəylik, yüksək vətənpərvərlik hissləri var:

"Bu gün Azərbaycanın maraqlarının tələb etdiyi hər hansı məqsəd üçün hər bir Azərbaycan vətəndaşı özünü fəda etməyə hazırdır. Ordumuzun gücü, ölkəmizdəki ictimai-siyasi həmrəylik, Ali Baş Komandanın xalq tərəfindən dəstəklənməsi Azərbaycanı düşmənə qarşı o qədər güclü edir ki, nəhayət, ərazi bütövlüyümüzün bərpa olunması üçün real mərhələ başlayıb. Çox təəssüf ki, belə məsuliyyətli mərhələdə bəzi marjinal qruplar – xaricdə və ölkə daxilində olan ayrı-ayrı kiçik qruplar bu tarixi mərhələdə belə Azərbaycanın milli davasına sahib çıxmırlar. Onlar dezinformasiyalar yaymaqla ən azı düşmənlər qədər, bəlkə onlardan da çox, milli mənafeyimizə zərbə vururlar. Müxtəlif təxribat xarakterli məlumatlar paylaşmaqla, Almaniya, İsveçrə, Hollandiya və digər bir sıra Avropa və Qərb ölkələrində oturub Azərbaycanın informasiya mühitinə müdaxilə edərək, buradakı həmrəyliyi pozmaqla ermənilərin dəyirmanına su tökürlər.

Düşünürəm ki, bu, Azərbaycan xalqının, ictimaiyyətinin diqqətindən yayınmır. Bu şəxsləri yenidən tanıyırlar".

H. Babaoğlunun sözlərinə görə, hər bir Azərbaycan vətəndaşı milli məsələlərdə daha diqqətli olmalıdır:

"Hazırda bilirik ki, Azərbaycanın müvafiq hüquq-mühafizə orqanları, təhlükəsizlik strukturları informasiyaya münasibətdə bir qədər məsuliyyətli olmağımızla bağlı məlumatlar yayırlar. Hər bir vətəndaş da buna riayət etməlidir. Təəssüf ki, internet resurslarında müxtəlif televiziyalar açıb qitənin o tayından Azərbaycanın informasiya məkanına mənfi impulslar ötürənlər bu tarixi məsuliyyətli məsələdə də bu cür hərəkətlərlə bizim milli maraqlarımıza xəyanət etmiş olurlar".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 534   Tarix: 23 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

"COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir"

"COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir". "Qafqazinfo" xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da Berlində "15-ci Petersberq İqlim Dialoqu"nun Yüksək Səviyyəli Seqmentində çıxışında deyib. Bu qlobal tədbi

26.04.2024 228
.

Britaniya hökuməti Kral III Çarlzın ölümünə fəal şəkildə hazırlaşır

Böyük Britaniya hökuməti Kral II Çarlzın ölümünə fəal şəkildə hazırlaşır. Bu barədə "Daily Beast" Bukingem sarayına yaxın mənbəyə istinadla xəbər verib. Bildirilir ki, bunun üçün "Menay körpüsü" adlı plan hazırlanıb. Layihə Nazirlər Kabineti tərəfindən mütəmadi olaraq nəzərdən keçirili

26.04.2024 381
.

Azərbaycanda bu zavod bağlanır

"Qazax Konserv Zavodu" ASC-nin səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək. BİG.AZ -a istinadla xəbər verir ki, yığıncağın iyunun 10-da keçirilməsi planlaşdırılıb. Səhmdarların ümumi yığıncağına ASC-nin ləğvi, bununla bağlı İdarə Heyətinin və Direktorlar Şurasının (Müşahidə Şurasının

10:14 188
.

Mingəçevirdə qorxulu hadisə: Bıçaqla camaatın üstünə cuman şəxs kimdir? - VİDEO

Mingəçevirin Mehdi Hüseyn və Koroğlu küçələrində qəribə hadisə baş verib. Sakinlərin sözlərinə görə, bir qadın gecə saatlarında binalara daxil olur, onlara qorxulu anlar yaşadır, bıçaqla camaatın üstünə hücum çəkir. Qorxudan sakinlər uşaqlarını küçəyə buraxa bilmirlər:. "Deyilənə görə, o qadın mollalı

26.04.2024 440
.

"Avropa Parlamentinin qəbul etdiyi qətnamə ölkədə insan haqları ilə bağlı obyektiv gerçəklikləri ehtiva etmir" - Politoloq

Azərbaycanın Xarici İşlər Nazirliyi bildirib ki, Avropa Parlamenti tərəfindən qəbul edilən qətnamə əsassızdır və Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyəti açıq şəkildə təhrif edir. Politoloq Elşən Manafov -a bildirib ki, qətnamə ölkədə insan haqları ilə bağlı obyektiv gerçəklikləri ehtiva etmi

26.04.2024 282
.

Ermənistan və İtaliya hərbi əməkdaşlığı müzakirə ediblər

Ermənistanın müdafiə nazirinin müavini Karen Brutyanın başçılıq etdiyi nümayəndə heyəti İtaliyada işgüzar səfərdə olub. xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi bildirib. Görüşlərdə Ermənistan-İtaliya hərbi, hərbi-texniki və hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə olunub. Müzakirələ

26.04.2024 196
.

İsrailin hücumları nəticəsində 10 fələstinli həlak olub

İsrail ordusunun Qəzzanın mərkəzi hissəsindəki Ən-Nüseyrat Qaçqınlar Düşərgəsi və İordan çayının qərb sahilinin şimalındakı Cenin şəhərinə təşkil etdiyi hücumlarda 10 fələstinli həyatını itirib. xəbər verir ki, İsrail ordusunun Qəzzanın mərkəzi hissəsindəki Ən-Nüseyrat Qaçqınlar Düşərgəsinə təşkil etdiy

10:52 71
.

Rusiya: "ABŞ Ukraynadakı münaqişəni bilərəkdən uzadır"

Rusiyanın müdafiə naziri Sergey Şoyqu ABŞ-nin Ukraynadakı münaqişəni bilərəkdən uzatdığını bildirib. xəbər verir ki, Şoyqu Qazaxıstanın paytaxtı Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin müdafiə nazirlərinin toplantısında çıxış edib. Şoyqu vurğulayıb ki, ŞƏT regionunda sabitli

26.04.2024 228
.

Gecələr insanlara qorxu yaşadan qadın kameraya düşdü - Video

Mingəçevirdə naməlum şəxsin gecələr qapıları döyüb insanları narahat etməsi, həyəcan yaratması barədə polisə müraciətlər daxil olub. "Qafqazinfo" xəbər verir ki, şəhərin M.Hüseyn küçəsində yaşayan sakinlər gecə yarısı həmin şəxsin qapıları döydüyünü, sonra qaranlıq yerlərdə gizləndiyini, qeyri-adekva

26.04.2024 743