Ermənistan yeni müharibəyə hazırlaşır - VİDEO

Ermənistan yeni müharibəyə hazırlaşır - VİDEOErmənistan yeni ərazilər işğal etmək üçün müharibəyə hazırlaşır. Dövlət başçısının jurnalistlərə son müsahibəsində diqqət çəkdiyi bu məsələ gündəmin bir nömrəli müzakirə mövzusuna çevrilib. Millət vəkilləri Ermənistanın təcavüzkar siyasətinin onun sonu olacağını bildirirlər. Əgər Ermənistan beynəlxalq hüququ kobud şəkildə pozursa, onda Azərbaycan təcavüzkara cəza vermək üçün hansısa normanı gözləmək məcburiyyətində deyil.

Ermənistan iyul ayında Tovuzda olduğu kimi yenə hərbi təxribatlara hazırlaşır. Dövlət başçısının dünən jurnalistlərə müsahibəsində Dağlıq Qarabağ münaqişəsindən danışarkən əsas diqqət çəkdiyi məsələ bu idi. Ermənistanın bu təxribatçı davranışı isə həm həmsədrlərin, həm də bütün dünyanın gözü qarşısında baş verir. İlk olaraq Paşinyanın Qarabağ Ermənistandır ifadəsi ilə danışıqlar prosesini dayandırması, daha sonra danışıqlarda tərəf kimi işğal edilmiş Azərbaycan torpaqlarında yaradılan qondarma rejimin iştirakında təkid etməsi, bunun ardınca isə Tovuzda iyul ayında törədilən təxribat və son olaraq ön xəttə ordu, eləcə havadarlarından aldığı silahları yerləşdirməsi hər kəsə bəlli olan danılmaz faktlardır.

Prezidentin vurğuladığı kimi bütün bu proseslərdə Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərini gözlədi. Ancaq əgər Ermənistan nəinki beynəlxalq hüquqa hörmət etmək, üstəlik pozduğu maddələrə yenilərini əlavə etmək üçün çalışırsa, onda Azərbaycan təcavüzkarın dərsini vermək üçün niyə hansısa hüququ normanı gözləməlidir ki ? Məsələyə münasibət bildirən Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının rəhbəri, millət vəkili Tural Gəncəliyev Ermənistanın yeni münaqişəyə hazırlaşmasını qəti şəkildə pisləyib.

Tural Gəncəliyev əlavə edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin indiyə qədər həll olunmamasının başlıca səbəbi Ermənistanda hakimiyyətdə olan şəxslərin riyakar, yalançı və ikiüzlü olmalarıdır. Millət vəkilinin sözlərinə görə Ermənistanda sonuncu hakimiyyət dəyişikliyindən sonra münaqişənin həlli ilə bağlı müəyyən ümidlər yaranmışdı. Paşinyan hökumət başçısı olandan sonra özündən əvvəlki rəhbərlərin münaqişə ilə bağlı səhv siyasətini tənqid etməsi, münasibətlərdə yeni yanaşma ilə bağlı verdiyi mesajlar, təkcə Azərbaycanda yox, münaqişənin həllində vasitəçilik missiyası həyata keçirən ATƏT-in Misk qrupunda da yeni ümidlərə səbəb olmuşdu. ''Biz çox keçmədi ki, bunun əksini gördük. Münaqişənin həlli ilə bağlı aparılan danışıqlarda irəlləyişin olmaması, cəbhə xəttində başverən erməni təxribatları Nikol Paşinyanın da sələflərinin yolu ilə getdiyini göstərdi''-deyə Tural Gəncəliyev vurğulayıb.

Məsələni şərh edən digər millət vəkili Bəhruz Məhərrəmov bildirir ki, Azərbaycan Ermənistanın cəzasızlıqdan doğan azğınlığına yetərincə səbr göstərib və indi mövqeni dəyişməyin vaxtıdır.

Millət vəkili Sahib Alıyev isə qeyd edir ki, Ermənistan yeni müharibəyə hazırlaşır və bu məqamda Azərbaycanın qonşularının hansı tərəfdə olması da artıq məlumdur. Bu mənada iyul ayında Tovuzda baş verən hadisələr bir növ Azərbaycan üçün dostu-düşməni tanımaq üçün fürsət oldu. Sahib Alıyev Türkiyənin və Gürcüstanın Azərbaycanın haqq işini müdafiə etdiyini , ancaq bəzi müsəlman ölkələrinin islam düşmənlərinə dəstəyinin anlaşılmaz olduğuna diqqət çəkib.

Onu qeyd edək ki, dövlət başçısı Ermənistanın yeni ərazilər işğal etmək üçün müharibəyə hazırlaşdığını və bununla bağlı dəqiq kəşfiyyat məlumatlarının olduğunu bildirib. Prezident "Əgər Ermənistan yeni dərs almaq istəyirsə biz buna hazırıq" deməklə Azərbaycan ordusunun düşmənə layiqli cavab verməyə hər an hazır olduğunu vurğulayıb.(xezerxeber)


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 8838   Tarix: 20 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Kral ailəsində növbəti addım: Endryu malikanəni tərk etməlidir

İngiltərə kralının kiçik qardaşı, keçmiş şahzadə Endryu Vindzor qəsri yaxınlığındakı malikanəsindən çıxarılacaq və Sandrinqemdə yerləşən kral mülkündəki bağ evinə köçməyə məcbur ediləcək. xarici mediaya istinadən xəbər verir ki, bu barədə Daily Mail qəzeti məlumat yayıb. Məlumata görə, Kral II Çarl

11:49 173
.

Panama sahillərində zəlzələ baş verib

Panama sahillərində 6 bal gücündə zəlzələ qeydə alınıb. BİG.AZ CBS News-a istinadən xəbər verir ki, zəlzələnin episentri Burika şəhərindən təxminən 155 km cənub-şərqdə Sakit okeanda, ocağı isə dərinlikdə baş verib. Hazırda ölən və xəsarət alan barədə məlumat yoxdur və sunami təhlükəsi ilə bağlı xəbərdarlı

16:01 174
.

Azərbaycandan Ermənistana göndərilən yanacağın ilk partiyası yola salındı

Azərbaycandan Ermənistana göndərilən neft məhsullarının ilk partiyası Bakı Yük Stansiyasından Biləcəri stansiyasına çatdırılıb və oradan Böyük Kəsik stansiyası istiqamətində hərəkətə başlayıb. "Report"a istinadən xəbər verir ki, 22 vaqona yüklənmiş ümumilikdə 1 220 ton "Aİ-95" markal

15:10 212
.

Süni intellektli çatbot qətldə ittiham olunur

ABŞ-da süni intellektlə işləyən çatbot ilk dəfə bir insanın qətlində dolayı yolla iştirak etməkdə ittiham olunub. xarici mediaya istinadən xəbər verir ki, bu barədə People nəşri məlumat yayıb. Məlumata görə, 56 yaşlı Stein-Erik Selberg 83 yaşlı anası Syuzan Adamsı öldürdükdən sonra intihar edib. İstinta

10:53 172
.

Avropa Rusiyaya xəbərdarlıq etdi

Avropa Birliyi və Avropa liderləri Moskvaya qarşı bir sıra ciddi xəbərdarlıqlar verib. BİG.AZ Euronews-a istinadən xəbər verir ki, Avropa Birliyi rəsmiləri Rusiyanın Ukrayna müharibəsini davam etdirməsi və "hibrit" təhdidlər (drone uçuşları, kritik infrastruktur hücumları) ilə Avropanı zəiflətmə

16:10 177
.

"Elşən Gülşən"də bu nöqsanlar aşkarlandı - Fotolar

Sabirabad rayonu, Qaragüney kəndində fəaliyyət göstərən "Elşən Gülşən" ticarət mərkəzində nöqsanlar aşkarlanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. Belə ki, baxış zamanı marketdə qida məhsullarının saxlanma şəraitinə əməl olunmadığı

14:04 245
.

Dostlarını yığıb 56 yaşlı kişinin başını kəsdi

Hindistanın Carxand ştatında üç gənc təhqirə görə kişinin başını kəsiblər. xarici mediaya istinadla bildirir ki, 56 yaşlı Karinath Luqunun başı kəsilmiş cəsədi dekabrın 16-da meşəlik ərazidə aşkarlanıb. Polisin versiyasına görə, o, kənd yarmarkasından evə qayıdarkən üç dost qarşısını kəsib. Hadisə il

19:45 65
.

Müqayisə ilə böyüyən uşaqlar: valideyn sevgisinin səssiz sınağı - PSİXOLOQDAN AÇIQLAMA

Valideynin öz övladını başqasının uşağı ilə müqayisə etməsi cəmiyyətimizdə çox vaxt "motivasiya" adı altında təqdim olunur. Halbuki bu cür müqayisələr uşağın inkişafına təkan verməkdən çox, onun özünə inamını sarsıdır, daxili dünyasında səssiz bir mübarizə yaradır. "Bax, filankəsin uşağ

16:29 207
.

Ölkəmizdə humanizmin növbəti təntənəsi

Azərbaycanın 44 günlük Vətən müharibəsindəki şanlı Zəfəri xalqımızın özünə inamını, güvənini daha da artırıb, eyni zamanda Azərbaycan dövlətçiliyini xeyli gücləndirib. Parlaq zəfərimizin beşinci ildönümünü "Konstitusiya və Suverenlik İli" kimi qeyd etdiyimiz qürurlu bir mərhələdə Preziden

10:35 217
.

TOP MP3