Dönərxanalar nəzarətə götürülür: Qiymət artacaqmı? — RƏSMİ AÇIQLAMA

Dönərxanalar nəzarətə götürülür: Qiymət artacaqmı? — RƏSMİ AÇIQLAMABir neçə gün əvvəl Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə qida məhsulları sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri üçün əlverişli və sağlam biznes mühitinin formalaşdırılması məqsədilə "Dönər biznesi ilə məşğul olan obyektlərin sağlamlaşdırılması" layihəsinə start verib.
Bəs dönərin qiyməti necə tənzimlənəcək? Bu layihədən sonra mənşəyi bilinməyən dönərlərlə bağlı hansı addımlar atılacaq?

Məlumdur ki, belə dönərlər bir manata satılır. Digər bir məqam isə ondan ibarətdir ki, iddiaya görə, yeni layihə ilə hazırlanacaq dönərlərin qiyməti iki manat olacaq. Sosial şəbəkə istifadəçiləri belə fikir irəli sürüblər ki, AQTA bununla bir manatlıq dönərin satışını əngəlləyəcək.

Məsələ barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, agentlik yarandığı gündən bu günədək təkcə qeyd edilən layihə çərçivəsində ictimai iaşə müəssisələri sayılan dönərxanalarla deyil, ümumilikdə tarladan süfrəyədək prinsipi əsasında qida zəncirinin bütün mərhələləri üzrə dövlət tənzimləməsini və dövlət nəzarətini həyata keçirir. Aparılan nəzarət və tənzimləmə tədbirləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində müvafiq tədbirlər görülür:

"Dönər biznesi ilə məşğul olan obyektlərin sağlamlaşdırılması" layihəsinin məqsədi nümunəvi ayaqüstü qidalanma biznes obyektlərinin müasir standartlara uyğun formaya gətirilməsinin təmin edilməsi, o cümlədən işçi personalın bilik və bacarıqlarının inkişaf etdirilməsi, qida təhlükəsizliyi nəzarət sisteminin qurulması istiqamətində təlimlərə cəlb edilməsi, sahibkarlara hüquqi, iqtisadi və mühasibatlıq dəstəyinin göstərilməsidir.

Layihə çərçivəsində dönər məhsullarının satış və qiymət siyasəti ilə bağlı məsələlərdə agentlik tərəfindən hər hansı bir müdaxilə həyata keçirilməyəcək. Bu sahibkarların müstəqil qərar verəcəyi məsələdir. Layihə icraçıları tərəfindən sahibkarlara biznesin təşkili və marketinq siyasəti ilə bağlı müvafiq təlimlər keçiriləcək".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1154   Tarix: 20 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Britaniyalı aktyor Bernard Hill öldü

"Üzüklərin Lord"unda Kral Teoden, "Titanik"də kapitan Edvard Smit kimi rolları ilə tanınan britaniyalı aktyor Bernard Hill vəfat edib. Hillin agenti Lou Koulson aktyorun bu gün səhər vəfat etdiyini bildirib. 1944-cü ildə Mançesterdə anadan olan Hill "Titanik" filmində gəmini

11:58 125
.

17 yaşlı qızın ölümündə günahkar kimdir?

Hacıqabulun II Udulu kənd sakini 2007-ci il təvəllüdlü Ayişə Qarayeva Eyvaz qızı qızılcadan ölüb. Atası Eyvaz Qarayev Bizim.Media-ya verdiyi açıqlamada bildirib ki, qızının ölümünə həkim səhlənkarlığı səbəb olub. Eyvaz Qarayevin sözlərinə görə, mayın 2-də Ayişə Qarayevaya Hacıqabul Mərkəzi Xəstəxanasını

20:29 134
.

Putin səlahiyyət müddəti başa çatan Nazirlər Kabineti ilə görüşəcək

Rusiya prezidenti Vladimir Putin Kremldə mayın 7-nə planlaşdırılan andiçmə mərasiminə hazırlaşır və günün ortasında konstitusiyaya uyğun olaraq istefaya gedən hökumətlə görüşəcək. Bu barədə dövlət başçısının mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib. "Putin hökumət üzvləri ilə görüşməyi planlaşdırır

14:37 176
.

Putin sabah and içəcək

Rusiya prezidenti Vladimir Putin prezident seçkilərində qalib gəldikdən sonra sabah and içəcək və yeni dövrdə səlahiyyətlərinin icrasına başlayacaq. xəbər verir ki, Rusiyada mart ayında keçirilən prezident seçkilərində 87,28 faiz səs toplayan Putin, mayın 7-də Kreml sarayında keçiriləcək mərasimdə an

21:15 0
.

Qəzzada ölənlərin sayı 34735 nəfərə çatıb

İsrail ordusunun 2023-cü il oktyabrın 7-dən Qəzza zolağına hücumları davam edir. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində ölənlərin sayı 34735 nəfərə çatıb. Bu barədə Fələstinin Səhiyyə Nazirliyi məlumat yayıb. Məlumata görə, İsrail 213 gündür hücumları davam edir

15:58 123
.

"Azərbaycan bütün dünyanı narahat edən problemlərdən çıxış yolunu axtaran bir ölkəyə çevrilib"

"Azərbaycan bu gün daha bir mötəbər tədbirə ev sahibliyi edir. Mayın 1-də Bakı Konqres Mərkəzində 100-dən artıq ölkənin nümayəndəsinin iştirak etdiyi "Sülh və qlobal təhlükəsizlik naminə dialoq" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirildi. Azərbayca

16:11 131
.

Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək

Sabah Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilən dörd şəhidin dəfn mərasimi baş tutacaq. report-a istinadən xəbər verir ki, onlardan biri - Dadaşov Gülalı Məhəmməd oğlu Nizami rayonunun Keşlə qəsəbəsində yerləşən Şəhidlər xiyabanında dəfn olunacaq. Qayımov Elşad Şiri

15:56 337
.

Görüş üçün Almatı şəhəri məqsədli olaraq seçilib? - RƏY

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Qazaxıstanın Almatı şəhərində bu il may ayının 10-da görüşəcəklər. Beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev -a bildirib ki, görüş üçün Almatı şəhərinin seçilməsi maraqlıdır. Görüşdə delimitasiya v

12:28 226
.

Tramp Bayden administrasiyasını Gestapo ilə müqayisə etdi

ABŞ-nin keçmiş prezidenti Donald Tramp hazırkı ölkə lideri Co Baydenin administrasiyasını Gestapo ilə müqayisə edib. Keçmiş dövlət başçısı bunu qapalı tədbirdə deyib. "Bu insanlar Gestapo administrasiyasını idarə edirlər", - Tramp ona qarşı məhkəmə iddiaları haqqında danışarkən bildirib. Eks-preziden

05.05.2024 240