34 yaşlı qadını avtomobil vurdu - xeberler

34 yaşlı qadını avtomobil vurdu

34 yaşlı qadını avtomobil vurduBakı-Şamaxı yolunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Big.az "Report"a istinadən xəbər verir ki, hadisə magistral yolun 15-ci kmliyində qeydə alınıb.

Minik avtomobili yolu keçən 1986-cı il təvəllüdlü Səfərova Məleykə Vilayət qızını vurub. Ağır bədən xəsarətləri alan piyada təcili yardımın köməkliyi ilə 3 saylı şəhər Kliniki Xəstəxanasına çatdırılıb.

Müayinə zamanı ona qasıq oturaq sümüklərinin sınığı və bədənin müxtəlif dərəcəli əzikləri diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1093   Tarix: 18 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş