Cəbhədə "1 gülləyə 5 güllə prinsipi"nin ortaya gəlmə vacibliyi... – Şərh

Cəbhədə "1 gülləyə 5 güllə prinsipi"nin ortaya gəlmə vacibliyi... – Şərh"Zakir Həsənovun illər öncəki qətiyyətli "bir atılan gülləyə beş güllə atın" mesajı cəbhədə təxribata öyrəşmiş və özünü azad sayan erməni hərbçiləri ağır itkilərə məruz qoydu".

Bunu "MediaPost"a açıqlamasında ehtiyatda olan zabit, hərbi ekspert Abuzər Əbilov deyib.

Onun sözlərinə görə, nazirin bu əmrindən sonra ermənilər demək olar ki, təxribatlardan əl çəkməli oldular:

"Azərbaycan Respublikasının Müdafiə naziri Zakir Həsənovun korpus və briqada komandirlərinə "düşmənin təxribatının qarşısını alın" əmri sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. Bunun əsasında bir məqam durur. Beynəlxalq təşkilatlar ikili siyasət apararaq BMT-nin işğalçıların ərazilərimizi qeyd-şərtsiz tərk etməsi ilə bağlı 4 qətnaməsini adi kağız sayırlar, Azərbaycana "Sülh platforması" yeritməklə məşğuldurlar. Məhz bu "platforma" cəbhədə gərginlik olanda işə düşür. Nədənsə, Azərbaycan kəndləri atəşə tutulanda, körpələrimiz öldürüləndə bu, "sülhsevərlərin" yadına düşmür. Beynəlxalq təzyiqlərlə üzləşən Azərbaycan da bir müddət cəbhədə nisbi sakitliyə riayət etdi. Lakin yadınızdadırsa, Zakir Həsənov illər öncə qətiyyətlə "bir atılan gülləyə beş güllə atın" mesajını vermişdi. Bundan sonra cəbhədə təxribata öyrəşmiş və özünü azad sayan erməni hərbçilər ağır itkilərə məruz qaldılar. Demək olar ki, təxribatlardan əl çəkməli oldular".

Hərbi ekspert bildirib ki, bir müddət sonra "sülhsevərlər" Müdafiə nazirinin əmrini yumşaltmağa nail oldular:

"Lakin Tovuz döyüşlərindən sonra daha heç kim bu "sülh qaranquşlarına" inanmır. Dəfələrlə ATƏT-in Minsk Qrupunun rəhbərləri haqqında tək xalq yox, ölkənin ziyalı və siyasətçiləri neqativ fikir bildirərək, bu qurumun lazımsız və fəaliyyətsiz olduğunu dilə gətiriblər. Tovuz döyüşlərindən sonrakı geosiyasi vəziyyət Azərbaycanın bir daha əvvəlki məcraya yönəlməyəcəyini göstərdi, regionda minsifətli Rusiyanın "silah daşıma" oyunlarını ortaya qoyduq. Türkiyənin regionda fəallaşması da bu əsrin isti olacağını vəd edir. Bu baxımdan da artıq Azərbaycanın hər dəfə status-kvo diktə edən beynəlxalq təşkilatların istəyinə uyğun davranmayacağı məlumdur".

Azadə Yolçu


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1578   Tarix: 18 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Xəzər rayonunda 45 yaşlı kişi öldürülüb, saxlanılan var

Aprelin 28-də saat 20 radələrində Xəzər rayonu Buzovna qəsəbəsində 1979-cü il təvəllüdlü Əhmədov Sadiq Hüseyn oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub. Bu barədə "Report"a DİN-in mətbuat xidmətindən bildirilib. Cinayət əməlini törətməkdə 1954-cü il təvəllüdl

28.04.2024 457
.

Göyçayda avtomobil köşkə çırpıldı: Xəsarət alan var

Göyçayda yol-nəqliyyat hadisəsi baş verib. Bizim.Media xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, VAZ-2107 markalı avtomobilin sürücüsü 21 yaşlı Nəbi Səhrab oğlu Nəbizadə həmin yolda hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq yol kənarındak

28.04.2024 270
.

Aprelin son gününün HAVA PROQNOZU

Aprelin 30-na gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi axşama doğru mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 14-17 isti

12:52 116
.

Bakıda 56 yaşlı qadını avtomobil vurub

Bakının Nəsimi rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un məlumatına görə, rayonun Həsən Əliyev küçəsində qeydə alınıb. Belə ki, avtomobil yolu keçən 1968-ci il təvəllüdlü Seyidova Sevda Tofiq qızını vurub. Yaralı təcili tibbi yardımın köməkliy

28.04.2024 200
.

DSX əməkdaşı Qazaxda minaya düşdü

Qazax rayonu ərazisində mina hadisəsi baş verib. -ın əldə etdiyi məlumata görə, mina partlaması nəticəsində Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşı xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib

12:40 152
.

Mələkxanım Eyubovanın qızının toyundan kim küsüb gedib?

"Üçüncü toydur, amma ümumiyyətlə, az adam çağırmadım. Məclisimdə özümə, qəlbimə, sənətimə yaxın adamlar çağırıram. Alim Qasımov xanımı ilə gəlin və bəydən də əvvəl gəlmişdi. Alim məndən əvvəl atamla, qardaşımla dost olub". Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Mələkxanım Eyubov

10:23 678
.

Türkiyənin 15 vilayəti üçün XƏBƏRDARLIQ edildi - FOTO

Türkiyənin 15 vilayəti üçün sarı kod xəbərdarlığı edilib. bu barədə "Haber Global"a istinadən xəbər verir. Meteorologiya Ümumi Müdirliyi yeni həftənin ilk günü üçün hava proqnozunu açıqlayıb. 15 əyalət üçün kod sarı xəbərdarlıq edilərkən, bu əyalətlərdə tufan gözlənildiyi bildirilib. Meteorologiy

10:05 281
.

Bakıda 85 yaşlı qadın oğlu tərəfindən döyülərək küçəyə atılıb - VİDEO

Baku TV-nin qaynar xəttinə paytaxtın Xətai rayonunda 85 yaşlı qadının küçədə gecələməsi barədə məlumat daxil olub. Baku TV-nin əməkdaşları vətəndaşların müraciəti əsasında sözügedən ünvana gedərək qadınla həmsöhbət olub, ona kömək etməyə çalışıblar. Yaşlı qadın oğlu tərəfindən döyüldüyünü, küçəyə atıldığın

28.04.2024 473
.

Cəlilabadda yetkinlik yaşına çatmayanlara tütün məmulatlarının satıldığı üç mağaza aşkarlanıb

Polis əməkdaşları yetkinlik yaşına çatmayan şəxslərə alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində tədbirləri davam etdirirlər. DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Report"a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarını

28.04.2024 210