"Nə pulumu qaytarırlar, nə evimi verirlər" – AAAF PARK-dan ŞİKAYƏT - VİDEO

"Nə pulumu qaytarırlar, nə evimi verirlər" – AAAF PARK-dan ŞİKAYƏT - VİDEO2015-ci ildə tikintisinə başlanan və 2 il ərzində təhvil veriləcəyi deyilən kompleksdən pul verib ev alan 3 minə yaxın ailə hələ də mənzilinə köçə bilmir. Səbəb isə vəd verilən vaxtdan bir neçə il keçməsinə baxmayaraq, hələ də binaların təhvil verilməməsidir. Görüntülər xırdalanda inşa edilən 22 binadan ibarət AAAF PARK yaşayış kompleksindəndir.

ARB TV-nin efirində yayımlanan "Günə doğru" proqramında məsələ ilə bağlı maraqlı sujet hazırlanıb.

Sakin: "2015-ci ildə nağd pul ödənilmək şərtilə bizimlə müqavilə bağlandı. 1 il keçdi, dedilər tikiləcək darıxma, 2 il keçdi darıxma. Hələ də indiyə qədər tikib evimizi vermirlər. Nağd 30 min manat pul vermişəm, nə pulumu vermirlər, nə də evimi".

Sakin: "Mən 15 min manat pul vermişəm. Müqaviləyə qol çəkmişik. Sadəcə göstərilən vaxtdan 3 il keçməsinə baxmayaraq, hələ heç bir irəliləyiş yoxdur. Hələ binaların bünövrəsi də qoyulmayıb, bu biabırçılıqdır".

Şirkətin nümayəndəsi isə hazırda maliyə problemi ilə qarşı-qarşıya qaldıqlarını və sözügedən binaları tikib, təhvil verməkdə çətinliklərlə üzləşdiklərini deyir.

Kənan Məstəliyev – Şirkətin nümayəndəsi: "Vergi borcları səbəbindən fəaliyət imkanımız zəifləmişdi. Biz tikintiyə başlamaq istəsək də, lazımı gücü verə bilmirik. Bu səbəbdən də tikinti gecikməsi baş verib".

Vamiq Şükürov – Hüquqşünas: "Yüzlərə insana evi satmaqla vəsaiti əldə cəmləşdirirlər. Onu tikinti materiallarına, o cümlədən inşaat ustalarına ödəyirlər və beləliklə binaları tikirlər".

Binanın vaxtında tikilmədiyini görən vətəndaş vəziyyətdən çıxış yolunu pulunu geri istəməkdə görür. Bu zaman isə tikinti şirkətinin müəyyən şərtləri ilə üz-üzə qalır.

Vamiq Şükürov – Hüquqşünas: "Ev geri qaytarılarkən, cərimə ödəməlisən. Elə şirkət var ki, ödənişin 20 faizini istəyir ki, bu da vətəndaş böyük ziyan vurur".

Ekspertlər belə halların qarşısını almaq üçün bu sahəyə dövlət nəzarətinin olmasını vacib hesab edir.

Elnur Fərzəliyev – Ekspert: "Burda dövlətin nəzarəti olmalıdır. Tikinti şirkəti tiksin, satsın amma vətəndaşa bir zəmanət verilməlidir. Bu zəmanət verilmədiyi səbəbindən bu kimi halların sayı artır. Ona görə də azərbaycan vətəndaşları digər ölkələrə üz tuturlar".

Yeri gəlmişkən, türkiyədə bu sahə bələdiyyənin nəzarətindədir. Yəni vətəndaş binadan mənzil almaq istəyəndə, həmin mtk-dan əvvəl, ərazidəki bələdiyyəyə yaxınlaşır və tikinti şirkəti və bina haqqında tam məlumat alır. Şimal qonşumuz rusiyada isə tikinti şirkətləri bu işi banklarla müştərək aparır. Yəni alqı-satqı prosesi tikinti şirkətində yox, banklarda baş tutur. Bu da artıq vətəndaş üçün bir zəmanətdir ki, gələcəkdə hər hansı bir problemlə üzləşməsin.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1841   Tarix: 15 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Britaniya hökuməti Kral III Çarlzın ölümünə fəal şəkildə hazırlaşır

Böyük Britaniya hökuməti Kral II Çarlzın ölümünə fəal şəkildə hazırlaşır. Bu barədə "Daily Beast" Bukingem sarayına yaxın mənbəyə istinadla xəbər verib. Bildirilir ki, bunun üçün "Menay körpüsü" adlı plan hazırlanıb. Layihə Nazirlər Kabineti tərəfindən mütəmadi olaraq nəzərdən keçirili

26.04.2024 350
.

Nihal Candan azadlığa buraxıldı

Beş ay öncə dələduzluq ittihamı ilə həbs olunan fenomen Nihal Candan azadlığa buraxılıb. OLAY yazır ki, onun həbsxanada səhhətində problem yarandığı, arıqlayaraq 37 kiloya çatdığı və müalicəsinin orada davam etdirilə bilməyəcəyi qeyd olunub. Lakin Nihalın bacısı Bahar hələ də həbsdədir

26.04.2024 564
.

Tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşdü

Şəkidə tibb bacısı antibiotikdən şoka düşüb. APA-nın Şimal-qərb bürosunun əldə etdiyi məlumata görə, bu gün axşam saat 17 radələrində rayonun Kiş kənd sakini 1975-ci il təvəllüdlü Gülcöhrə Ziyad qızı Allahverdiyeva hüşsuz vəziyyətdə Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) gətirilib. Müayinə zamanı G.Allahverdiyavanı

26.04.2024 343
.

Prorektoru öldürməkdə təqsirləndirilən şəxs məhkəməni daha iki həftə uzatdırdı

"Təfəkkür" Universitetinin prorektoru Tariyel Əhmədovun öldürülməsində təqsirləndirilən Müşviq Atakişiyev, Dəyanət Quliyev və Samir Quliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilə

26.04.2024 261
.

İsrailin hücumu nəticəsində 1 sivil öldü

İsrail hərbi qüvvələri Livanın cənubuna hücum edib. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 1 israilli mülki vətəndaşın öldürülüb. İsrail hərbçiləri açıqlamasında bildiriblər ki, Hizbullah gecə saatlarında İsrailin Har-Dov bölgəsinə tank əleyhinə istiqamətlənmiş raket hücumu həyata keçirib. Qeyd olunu

26.04.2024 123
.

İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir

İngiltərədə dəri xərçənginin ən ölümcül növü olan melanomaya qarşı dünyada ilk fərdiləşdirilmiş mRNT peyvəndinin sınaqları keçirilir. xəbər verir ki, Keçən avqust ayında baş dərisində cərrahi yolla çıxarılan melanoma böyüməsi olan 52 yaşlı Stiv Yanq peyvəndi sınaqdan keçirən ilk xəstələrdən biridir

26.04.2024 152
.

Qəzzada yaralanan İsrail əsgərlərinin sayı 1584-ə çatıb

İsrail ordusu 27 oktyabrdan bəri Qəzza zolağına hücumlar davam edir. BİG.AZ xəbər verir ki, yaralanan əsgərlərin sayının 1584-ə çatdığını açıqlayıb. İsrail hərbçiləri açıqlamasında bildiriblər ki, Hizbullah gecə saatlarında İsrailin Har-Dov bölgəsinə tank əleyhinə istiqamətlənmiş raket hücumu həyat

26.04.2024 154
.

"COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir"

"COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir". "Qafqazinfo" xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da Berlində "15-ci Petersberq İqlim Dialoqu"nun Yüksək Səviyyəli Seqmentində çıxışında deyib. Bu qlobal tədbi

26.04.2024 217
.

Sevdanın Barselonada gerçəkləşməyən arzusu - Video

Müğənni Sevda Yahyayeva həkim həyat yoldaşı Zakir Bayramovla ispaniyaya yollanıb. Axşam.az xəbər verir ki, Barcelonada gəzən cütlük bir çox turistik məkanlara girə bilməyib. Bu haqda Sevda sosial şəbəkədə paylaşım edib. Z.Bayramov dördüncü dəfə Barselonaya getdiyini, amma hələ də "Sagrada Família"

26.04.2024 645