"Çırpınırdı Qara dəniz" mahnısı REKORD QIRDI

"Çırpınırdı Qara dəniz" mahnısı REKORD QIRDIPrezident Ərdoğanın cümə günü Türkiyənin Qara dənizdə 320 milyard kubmetr təbii qaz tapması barədə açıqlamasının ardından sosial mediada ən çox paylaşılan mahnılardan biri azərbaycanlı müğənni Azərinin "Çırpınırdı Qara dəniz"i olub.

BiG.AZ Publika.az-a istinadən xəbər verir ki, Azərin qazın kəşf edilməsinin dünyada yeni bir dövrə yol açdığını söyləyib.

"Azərbaycanlı olsam da, mənim iki ana vətənim var. Odur ki, Türkiyənin hər uğuru mənim də uğurumdur. Türkiyə Respublikası və bu böyük millətlə çox qürur duyuram. Düşünürəm ki, nəinki Türkiyə tarixində, dünyada da yeni bir dövr açıldı. Türkiyə həm insanlıq adına, həm dünya adından yeni bir dövrün başlanğıcını qoydu.

2000-ci illərdə şair Zəlimxan Yaqubun "Dünya türkün olacaq" şeirini oxuyanda bəziləri gülüb keçirdi. O zaman təkcə mən deyil, ağıllı insanlar, elm adamları və bu böyük ölkəyə güvənən insanlar da dedi ki, 21-ci əsr Türkiyənin əsri olacaq. Bu, başlanğıclarımızdır, Türkiyə 21-ci əsrdə yenidən bir dastan yazdı. Əlbəttə ki, çox xoşbəxtəm. Allah pis gözdən qorusun bizi. Türkiyədə nə olursa-olsun, Azərbaycan xalqı hər zaman Türkiyənin yanında olacaq.

"Çırpınırdı Qara dəniz" mahnısını ifa etmək qürurdur. Bu mahnını ifa edəndə həmişə Əhməd Cavadın baxışları ilə Qara dənizə baxırdım. Həm şairimiz Əhməd Cavad, həm də bəstəkarımız Üzeyir bəy Qafqaz İslam Ordusundan ilham alaraq bu əsəri yaradıblar. Mən "Çırpınırdı Qara dəniz" mahnısına 1914-cü ildə Əhməd Cavadın gözləri ilə baxdım. Əlbəttə ki, bu mənim üçün çox qürurverici haldır. Hər iki dahi insanın ruhu mübarək olsun.

Bu gün Türkiyənin Qara dənizdə yazdığı dastan bir daha göstərdi ki, Qara dəniz türk xalqının həyatında yeni bir səhifə açdı. Türkiyə prezidenti xalqla birlikdə böyük dastanlar yazacaq. Bu Qara dənizdə bir başlanğıc oldu, inşallah Aralıq dənizindən də yaxşı bir xəbər alacağıq", - müğənni qeyd edib.


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 3041   Tarix: 24 avqust 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bu səhnənin "Aşkı memnu"dan oğurlandığı iddia edildi

"Kanal D"də yayımlanan "Camdaki kız" serialı yenidən izləyicilərin tənqidlərinə tuş gəlib. Axşam.az-a istinadən xəbər verir ki, ekran işində baş rol ifaçılarından Nur Sürerin yeni ailə həyatı quran qızı ilə kürəkəninin ilk gecələrini yan evdən binoklla izləməsi bəyənilməyib. İzləyicilə

17.09.2021 4785
.

Serenaya görə Umutu sildi

Aktrisa Melisa Şenols keçmiş sevgilisi iş adamı Umut Evirgeni instaqramda izləmədən çıxarıb. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb cütlük ayrıldıqdan sonra Umutun aktrisa Serenay Sarıkaya ilə eşq yaşaması iddiaları olub. O, bütün birlikdə çəkdirdikləri fotoları da hesabından silib. Umut is

17.09.2021 2293
.

Türkan Şoray son görünüşü ilə GÜNDƏM OLDU - FOTO

Türkiyə kinosunun ulduzu Türkan Şoray 76 yaşını tamamlayıb. Aktrisanın 20 kilo arıqlayaraq əvvəlki formasına qayıtması diqqətdən yayınmayıb. Onun fransız üsulu ilə (üzün saplarla dartılması) arıqlaması da bildirilir. Qatıldığı bir məclisdə cazibədar aktrisanı görənlər heyrətlərini gizlədə bilməyiblər

18.09.2021 4536
.

Sənubər İsgəndərlidən XOŞ XƏBƏR

Əməkdar artist Sənubər İsgəndərli bu mövsüm tamaşaçıların qarşısına aparıcı kimi çıxacaq. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa "Xəzər TV" ilə anlaşıb. Onun proqramının adı "Sənətdən kənar" adlanır. Bu haqda S.isgəndərli özü məlumat yayıb. Verilişin çəkilişləri bir neçə gündü

17.09.2021 4207
.

Nigar Şabanovanın ailəsindən XOŞ XƏBƏR - FOTO

Əməkdar artist Nigar şabanovanın ailəsindən xoş xəbər var. xəbər verir ki, sənətçinin anası uzun müddətdir ki, beyin qanaması keçirdiyi üçün yataq xəstəsi idi. Nigar sosial media hesabında paylaşım edərək anasının artıq yataqdan ayağa qalxdığını qeyd edib: . "5 aya yaxındır ki, anam beyin qanamas

16.09.2021 7167
.

Validə Abbasova Yunanıstanda belə dincəlir - FOTOLAR

"Miss milenium" gözəli Validə Abbasova yay tətilini Yunanıstanda keçirib. Axşam.az-a istinadən xəbər verir ki, keçmiş model gəzinti fotolarını İnstaqramda izləyiciləri ilə bölüşüb. Abbasovanın formada qalması isə izləyicilərinin diqqətini çəkib. Onlar modelə bunla bağlı suallar ünvanlayıblar

17.09.2021 2305
.

İkinci əl geyimlər aldığını etiraf etdi

Türkiyəli aktrisa Şəbnəm Bozoklu həyat yoldaşı Kanat Atkaya ilə İstanbulun Bebek ərazisində görüntülənib. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa müxbirlərlə söhbət edərkən ikinci əl geyimlər aldığını etiraf edib:. "Təzə paltarlar da alıram. Amma bu təbiətə zərər verir. Ona görə az istifad

18.09.2021 6939
.

Beyonsun 500 milyonluq özəl günü - Fotolar

Amerikalı məşhur müğənni Beyons yeni yaşını lüks yaxtasında həyat yoldaşı Cey-Z və övladları ilə birlikdə qeyd edib. Axşam.az xarici mediaya istinadən xəbər verir ki, ifaçının 40 yaşı tamam olub. O, 500 milyon dollarlıq yaxta ilə səyahətə yollanaraq özəl gününü qeyd edib. Kirayəsi həftəlik 4 milyon dollar

16.09.2021 2230
.

Əməkdar artistdən şok açıqlama: "Oğlan adı ilə mənlə danışırdı…" - VİDEO

Əməkdar artist Gülüstan Əliyeva açılaması ilə diqqət çəkib. -a istinadən xəbər verir ki, "Onun sirri" proqramına qonaq olan sənətçi, məşhur prodüserlərdən birinin oğlan adı ilə ona tez-tez zəng vuraraq telefonla danışdığını bildirib:. "Mənə tez-tez zəng edirdi. Oğlan adı ilə danışırdı

16.09.2021 4875
.

TOP MP3