Operativ Qərargah açıqladı - Kafe və restoranlar açılır - VİDEO

Operativ Qərargah açıqladı - Kafe və restoranlar açılır - VİDEOÖlkəmizdə tətbiq olunan karantin qaydalarında daha bir neçə yumşaldılmaya gedilir. Belə ki, karantin tətbiq edilən ərazilərdə kafe, restoran və digər ictimai iaşə obyektləri səhər saat 9-dan axşam saat 10-dək fəaliyyət göstərə biləcək. Prosesə avqustun 18-dən start verilir. Nazirlər Kabineti yanında Operativ Qərargahın bu günkü iclasında aktiv xəstə sayının azalması səbəbindən xəstəxanalarda da vəziyyətin normallaşdığı açıqlanıb. İclasda sahibkarlara tətbiq edilən güzəştlərdən də danışılıb.

Kafe və restoranların fəaliyyəti avqustun 18-dən etibarən bərpa olunur. Bu Operativ Qərargahın bu gün keçirilən brifinqində elan olunub. Ancaq restoran və digər ictimai iaşə obyektləri bunun üçün xüsusi qaydalara əməl etməlidirlər. Prezidentin köməkçisi və prezident administrasiyasının xarici siyasət məsələlərin şöbəsinin müdiri Hikmət Hacıyev yumşalmanın təfərrüatlarını açıqlayıb.

Hikmət Hacıyev rayonlara gediş-gəliş məsələsinin müzakirə olunduğunu ancaq bununla bağlı yekun qərar verilmədiyinə də diqqət çəkib. Prezidentin köməkçisi vurğulayıb ki, ezamiyyət icazələri olan şəxslərin bölgələrə getməsi koronavirusa yoluxanların sayını artırıb. Buna görə bu məsələdə növbəti addımlar xüsusi diqqətlə araşdırılır.

TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva isə son vaxtlar izlənilən müsbət tendensiyanın aktiv xəstə sayını kifayət qədər azaltdığını və bunun tibb müəssisələrinin, eləcə də tibb personalının işini yüngülləşdirdiyini diqqətə çatdırıb.

İqtisadiyyat nazirliyi yanında dövlət vergi xidmətinin rəis müavini Samirə Musayeva isə sahibkarlara pandemiya ilə əlaqədar olaraq tətbiq edilən geniş güzəştlərdən danışıb. O, sahibkarların fəaliyyətində davamlılığın təmin edilməsi üçün tələb olunan bütün addımların atıldığını diqqətə çatdırıb.

Samirə Musayeva 2020-ci ilin yanvar-iyul aylarında vergi daxilolmalarının 103,5%, yəni artıqlaması ilə icra olunduğuna da diqqət çəkib. Sosial-sığorta ödəmələri üzrə müəyyən olunan proqnoz-tapşırıq 113,2% icra olunub. Samirə Musayeva bunun son bir neçə ildə həyata keçirilən ardıcıl və sistemli şəffaflaşdırma tədbirləri və sahibkarların dövlətin çağırışlarına cavab olaraq iş yerlərini, işçi saylarını dəqiq göstərməsi ilə əlaqədar olduğunu vurğulayıb.(xezerxeber)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3847   Tarix: 15 avqust 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Xırdalanda evlər ucuzlaşdı: Mənzillər kütləvi şəkildə satışa çıxarılır - VİDEO

Abşeron rayonu, Xırdalan şəhərində satışa çıxarılan evlərin sayı kəskin artıb. -ın məlumatına görə, elan saytlarında da müxtəlif qiymətlərə Abşeron rayonunun mərkəzi sayılan Xırdalan şəhərində mənzillərin kütləvi şəkildə satışa çıxarıldığını görmək mümkündür. Şəhər sakinləri bildiriblər ki, son illə

30.04.2024 1432
.

Sərnişin təyyarəsi texniki nasazlıq səbəbindən İranda məcburi eniş edib

İranın Məşhəddən Tehrana uçan sərnişin təyyarəsi texniki nasazlıq səbəbindən Məşhəd hava limanına qayıdıb və məcburi eniş edib. xəbər verir ki, Mehr Xəbər Agentliyinin məlumatına görə, Rezevi Xorasan Hava Limanları İctimaiyyətlə Əlaqələr Müdiri Həsən Cəfəri mövzu ilə bağlı məlumat verib. İran rəsmis

30.04.2024 242
.

Avtobus uçuruma yuvarlandı: 23 ölü

Peruda sərnişin avtobusunun uçuruma yuvarlanıb. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 23 nəfər ölüb, 15 nəfər yaralanıb. Peru Televiziyasının məlumatına görə, Soroçuko rayonundan Kajamarca şəhərinə gedən avtobus Celendin şəhərinin magistral yolunda 200 metr uçuruma yuvarlanıb. Məlumata əsasən, yaralana

30.04.2024 207
.

Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusunun GÖRÜNTÜLƏRİ - VİDEO

Ötən gün Qazaxın Quşçu Ayrım kəndində minaya düşərək xəsarət alan DSX-nin hərbçisi Vüsal İsmayılovun xidmətin hospitalında müalicəsi davam etdirilir. -ın məlumatına görə, DSX-nin rəis müavini, general-leytenant Əfqan Nağıyev kiçik çavuşa baş çəkib. Sol baş barmağı amputasiya edilən hərbçi vəziyyətini

30.04.2024 594
.

İsrail Qəzzada daha 13 fələstinlini qətlə yetirib

İsrailin Qəzza zolağının müxtəlif bölgələrinə hücumları davam edir. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 13 nəfər ölüb, 32 nəfər yaralanıb. Bu barədə Fələstinin rəsmi xəbər agentliyi WAFA məlumat yayıb. Hücumlar zamanı 4 nəfər ölüb, 15 nəfər yaralanıb. İsrail ordusunun Bureij Qaçqın Düşərgəsind

30.04.2024 343
.

Parisdə yanğın oldu: 3 ölü

Fransanın paytaxtı Parisdə binada yanğın olub. BİG.AZ xəbər verir ki, hadusə nəticəsində 3 nəfər ölüb, 1 nəfər xəsarət alıb. Əraziyə yanğınsöndürən və polis cəlb olunub. Yanğın briqadaları müdaxilə edərək binanın 6-cı və 7-ci mərtəbələrini bürüyən yanğını söndürüblər. Məlumata görə, yanğın binanın 7-c

30.04.2024 141
.

ABŞ-də axtarışa getdikləri evdə silahlı hücum nəticəsində 4 polis ölüb

ABŞ-nin Şimali Karolina ştatında axtarış aparmaq üçün getdikləri evdə silahlı hücuma məruz qalan polislərdən 4-ü ölüb, 4-ü isə yaralanıb. xəbər verir ki, Şimali Karolina ştatının Şarlotta şəhərində axşam saatlarında məhkəmə qərarı ilə evdə axtarış aparmağa gedən polis əməkdaşlarına silahla hücum edilib

30.04.2024 258
.

İbtidai siniflər üçün 5 günlük tətil başladı

Azərbaycanın orta məktəblərində bu gündən ibtidai siniflər üçün 5 günlük əlavə yaz tətili başlayır. xəbər verir ki, bu gündən başlayan tətil mayın 6-a kimi davam edəcək. Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"nə əsasən, ümum

10:49 98
.

Bu həftə 6 gün işləyəcəyik?

Bu il 9 May Qələbə Günü (bayram günü) həftənin 4-cü günə təsadüf edir, mayın 11-i və 12-si isə istirahət günləridir. xəbər verir ki, Bakıvaxtı.az-ın məlumatına görə, adətən iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə "Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməs

30.04.2024 1324