Ermənistan xüsusi xidmət orqanlarına işləyənlərin məqsədləri - İki səbəb var

Ermənistan xüsusi xidmət orqanlarına işləyənlərin məqsədləri - İki səbəb var"Uzun müddət orduda xidmət edən zabit kimi əminliklə deyirəm ki, rəhbər heyətin heç bir iclasında zabitlərin təhqir olunduğunu görməmişəm".

Bunu "MediaPost"a açıqlamasında hərbi ekspert Abuzər Əbilov deyib.

"Təxribatın özü də döyüş, informasiya üsuludur, ideoloji, psixoloji taktikadır"

Ekspertin sözlərinə görə, milli ruhu sarsıtmaq üçün tarix boyu dövlət – dövlətçilik əleyhinə müxtəlif təxribatlar olub, proses yenə də daha geniş formada davam edir:

"1990-cı illərin sonlarında iştirakçısı olduğum döyüşlərdə də indiki təxribatlardan olurdu. Öz istəklərinə nail ola bilməyəndə ordu haqqında hər formada yalan məlumatlar yayılırdı. Mən bu təxribatların tamamilə səngiməsinə inanmıram. Çünki təxribatın özü də döyüş, informasiya üsuludur, ideoloji, psixoloji taktikadır. Bu gün Azərbaycan Ordusunun yüksək rütbəli zabitlərinə, ordu rəhbərliyinə qarşı müxtəlif ittihamlar səsləndirirlər. Tovuz ərazisində döyüşlər gedən vaxtda Silahlı Qüvvələrin Baş Qərargah Rəisi general-polkovnik Nəcməddin Sadıkov barədə dezinformasiya yayılmışdı. Guya şəhid general-mayorumuzun hərəkət etdiyi marşrutunun koordinatlarını düşmənə verib. Bu, utopiya deyilmi? Koordinat vermə anlayışı Silahlı Qüvvələrin Baş Qərargah Rəisinin səlahiyyətinə aiddir? Bu proses yenə də davam edir. Lakin Azərbaycan Ordusunun rəhbərliyinə qarşı yönəlmiş təxribatların xarakteri dəyişib - əvvəllər işgüzar keyfiyyətlərlə bağlı təxribatlara yol verilirdisə, hazırda daha çox şəxsi keyfiyyətlərlə bağlı əsassız fikirlər səsləndirilir. Məsələn, Silahlı Qüvvələrin Baş Qərargah Rəisinin guya xidməti müşavirədə azərbaycanlı kişilərin, zabitlərin mənəvi keyfiyyətlərini alçaldaraq onların mənliyinə toxunduğu deyilir. Kim yüksək rütbəli zabitlərin iştirak etdiyi Müdafiə Nazirliyinin iclasında heç olmasa, bir dəfə olub? Onlar hansısa zabitin təhqir edildiyini görübmü? Mən görməmişəm. Bunu uzun müddət orduda xidmət edən zabit kimi deyirəm. Bəli, sərt komandirlərim olub, onlar cavabdehlik tələb ediblər, qışqırıblar. Hərbçi sərt olmalıdır. Zabit heç kimin üzünə gülməməlidir. Bu, nizam anlayışıdır, illərdir gələn hərbi ənənədir".

A. Əbilov bildirib ki, hər dəfə ən çirkin formada yalan məlumatlar yayan qüvvələr istəklərinə nail olmadıqda yeni həmlə etməyə başlayırlar:

"Bu cür dezinformasiya yayan Qənimət Zahid yenə cəfəng fikirlər səsləndirməyə çalışdı. Bilirik ki, Azərbaycan kişisinin mentalitetində onun qadınının söyülməsi ağır haldır. Onun istəyi o oldu ki, hərbçilər bu məlumatı eşidib ayağa qalxsınlar, mənəvi dəyərlərimizə toxunaraq, ölkədə xaos yaratmağa çalışdı. Bu da Belarusdakı hadisələrlə eyni dövrə təsadüf etdi. Çünki orada da insanlar ayağa qalxmışdı. Bunlar vətəndaş müharibəsinə səbəb olmaq istəyirlər.

Digər məsələ isə Azərbaycan-Türkiyə əlaqələrini gözü götürməməkdir. Hərbi sahəmizdəki ən böyük işbirliyimizə kölgə salmaq istəyirlər. Təlimlərin gedişində Azərbaycan Ordusunun rəhbərliyinə qarşı yönəlmiş təxribatların məqsədinin ikinci səbəbi də budur.

Aydındır ki, təxribatların arxasında xaricdən maliyyələşən və Azərbaycanı güclü görmək istəməyən xüsusi qüvvələr dayanır.

Sevindirici hal odur ki, Azərbaycanın yeni təyin olunmuş Xarici İşlər naziri ilk səfərini Türkiyəyə etdi. Bununla yanaşı, Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Türkiyə tərəfinin dəvəti ilə Ankara şəhərinə səfəri artıq dünyaya mesajdır. Yəni bu cür təxribatlar bir millət iki dövlət arasındakı əlaqələrə heç bir zərbə vura bilməz".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1245   Tarix: 14 avqust 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Pakistanda 5,2 bal gücündə zəlzələ baş verib

Pakistanın Bəlucistan əyalətində 5,2 bal gücündə zəlzələ baş verib. BİG.AZ ABC News-a istinadən xəbər verir ki, Geo News-un Pakistan Meteorologiya Departamentinə istinadən verdiyi məlumata görə, episentri Bəlucistan əyalətinin Sommiani bölgəsində 5,2 bal gücündə zəlzələ qeydə alınıb. 12 kilometr dərinlikd

16:31 110
.

Azərbaycanda elektron siqaret - Qadağan edilir

Azərbaycanda elektron siqaretlər qadağan olunur. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin Aqrar siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq, Əmək və sosial siyasət komitələrinin bu gün keçirilən birgə iclasında müzakirəyə çıxarılan "Tütün və tütün məmulatı haqqında" Qanun

16:19 169
.

Petteri Orpo: Avropa üçün alternativ yoxdur

Finlandiyanın Baş naziri Petteri Orpo The Financial Times qəzetinə verdiyi açıqlamada Avropanın Ukrayna müharibəsindən bərpasında Rusiya aktivlərini təhvil verməkdən başqa seçim olmadığını bildirib. xarici mediaya istinadən xəbər verir ki, Orpo deyib:"Bu barədə çox düşünmək istəmirəm, çünki başq

12:00 170
.

Rüşvət verib "sertifikatlar" alan plastik cərrahlar - Üzərində "ölüm işi" olan da var

Xəbər verdiyimiz kimi, rüşvət müqabilində plastik cərrahiyəyə icazə verilməsi işi üzrə məhkəmə istintaqına start verilib. Qanunsuz tibbi fəaliyyətə şərait yaratmaqda ittiham olunan Səhiyyə Nazirliyinin İnsan resursları, elm və təhsil şöbəsinin keçmiş müdiri Səidə Rüstəmova, həmin şöbənin baş mütəxəssis-böyü

14:35 288
.

Təranə Səmədova amnistiyaya düşəcək? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev amnistiya elan edilməsi təşəbbüsü ilə çıxış edib. Amnistiya aktının qəbul ediləcəyi təqdirdə, cəzaya məhkum edilmiş bir sıra şəxslərin azadlığa buraxılması və ya cəzalarının yüngülləşdirilməsi mümkün olacaq. Bu kontekstdə tanınmış prodüser Təran

22:00 0
.

Hansı növ sevgi üçün nəzərdə tutulmusunuz? - Doğum tarixinizə əsasən sirri açın

Bəzən insan həqiqi sevgini nə vaxt tapdığını anlamaqda çətinlik çəkir. Çox vaxt karmik partnyoru doğma ruhla qarışdırırıq və ya hər şeyin demək olar ki, düzgün olduğunu hiss edirik, amma nəsə çatmır. Özünüzü tənqid etmək əvəzinə numerologiyaya müraciət edərək sizə hansı sevgi növünün qismət olduğun

21:45 0
.

Xirosima qurbanının kimliyi 80 il sonra müəyyənləşdi

Yaponiyalı alimlər Xirosimaya atılan atom bombası nəticəsində həyatını itirmiş bir uşağın kimliyini ilk dəfə DNT analizi vasitəsilə dəqiqləşdiriblər. Qaynarinfo xəbər verir ki, söhbət 1945-ci il hücumundan sonra itkin düşmüş kimi qeydə alınan 13 yaşlı Hatsue Kajiyamadan gedir. Xirosima Bələdiyyəsini

22:30 1
.

İllərdir qəbul olunan, lakin işləməyən qanunlar... - HÜQUQŞÜNASDAN AÇIQLAMA

Qanunvericilikdə elə qanunlar varki, illərdir qəbul olunsada kağız üzərindədir. Yəni faktiki olaraq işləmir. Məsələn, qanunvericilikdə illərdir qəbul olunan qanuna görə, küçəyə zibil atamağa görə vətəndaş cərimələnməlidir. Ancaq illərdir qanun qəbul olunsada, faktiki olaraq işləmir. Yəni bu gün küçəy

12:13 231
.

Ölkəyə gətirilən bu qida əlavəsində nöqsanlar aşkarlandı - Məhv edildi

Aparılan nəzarət tədbirləri zamanı "Nord Star Pharma" MMC-nin Rusiyadan idxal etdiyi 100 ədəd "Qlisin Biokor" B1 və B6 vitaminləri ilə" əmtəə nişanlı bioloji aktiv qida məhsulunun müayinəsi nəticəsində B1 vitaminin miqdarının normadan aşağı olduğu aşkarlanıb. xəbər verir ki

17:54 0
.

TOP MP3