ABŞ 40 ildən sonra ilk dəfə Türkiyəyə silah satışını dayandırdı

ABŞ 40 ildən sonra ilk dəfə Türkiyəyə silah satışını dayandırdı

ABŞ Konqresinin bir neçə üzvü rəsmi Ankaranın Rusiyadan “S-400” zenit-raket sistemlərini almasına cavab olaraq iki il müddətinə rəsmi Vaşinqtonun Türkiyəyə silah satışını nəzərdə tutan böyük razılaşmanı bloklayıb.

Oxu.Az xəbər verir ki, bu barədə ABŞ-da dərc edilən “Defense News” nəşri məlumat verib.

Dondurulan müqavilələrin sayı dəqiq bilinməsə də, onların arasında azı ikisinin böyük saziş olduğu qeyd olunur.

“Defense News” yazır ki, ABŞ 40 ildən çoxdur ki, Türkiyəyə qarşı oxşar qadağalar tətbiq etməyib.

Sonuncu dəfə 1975-ci ildə Türkiyə ordusu Kiprə hücum etdikdən sonra Vaşinqton Ankaraya silah satışını üç il müddətində dayandırmışdı.

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 568 Tarix: 13.08.2020


Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol