Zakir Həsənovun Türkiyə səfərindən gözləntilər - Ekspert şərhi

Zakir Həsənovun Türkiyə səfərindən gözləntilər - Ekspert şərhi"Regionda baş vermiş son hadisələr – Tovuz rayonunda Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı təxribat törətməsi, sərhədləri pozması, dinc əhalini atəşə tutması Azərbaycanın strateji müttəfiqi olan Türkiyəni təbii ki, narahat edir. Eyni zamanda, Türkiyənin regiona olan geosiyasi, həm də geoiqtisadi maraqlarını nəzərə alsaq, bu, tamamilə normal görünür. Əsasən də, enerji təhlükəsizliyinin təmin edilməsi baxımından, Türkiyənin atdığı addımlar çox önəmlidir".

Bunu "MediaPost"a açıqlamasında Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Türkiyəyə səfərini şərh edərkən politoloq Ramid Hüseynov deyib.

Politoloqun sözlərinə görə, Ermənistanın son təxribatından dərhal sonra Türkiyə prezidentinin və Xarici İşlər nazirinin bəyanat verməsi, Azərbaycana hər cür dəstək göstərməyə hazır olduqlarını ifadə etmələri, habelə Türkiyə silahlı qüvvələrinin bölmələrinin regiona gəlmələri, birgə hərbi təlimlər həyata keçirmələri hər iki tərəf üçün əhəmiyyətlidir:

"Türkiyə özünün regiondakı əsas müttəfiqi olan Azərbaycana dəstək göstərməsi ilə həm də regiondakı maraqlarını hər hansı bir formada güzəştə getmək niyyətində olmadığını da göstərmiş oldu. Türkiyədə səfərdə olan Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramovun və Müdafiə naziri Zakir Həsənovun Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul edilməsi və daha yaxından müzakirələr aparması Türkiyənin regionun təhlükəsizliyində, sabitliyin təmin olunmasında narahatlığının ciddiliyini bir daha göstərir. Şübhəsiz ki, bu görüşlər iki tərəfli əlaqələrin daha da dərinləşməsinə, hərbi-siyasi münasibətlərin inkişafına, birgə hərbi təlimlərin, hərbi əməkdaşlığın möhkəmlənməsinə xidmət edəcək".

R. Hüseynov bildirib ki, Türkiyənin Azərbaycana hərbi-siyasi dəstəyi bizə qarşı yönəlmiş digər siyasi qüvvələrin də öz hərəkətlərinə diqqət etmələrinə zərurət yaradacaq:

"Düşünürəm ki, Türkiyənin artan nüfuzu və onun güclənməkdə olan beynəlxalq imici fonunda göstərdiyi bu hərbi-siyasi dəstəyi Azərbaycana qarşı yönəlmiş digər siyasi qüvvələrin də öz hərəkətlərinə diqqət etmələrinə zərurət yaratmış olacaq".

Qeyd edək ki, 12 avqust tarixində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə tərəfinin dəvəti ilə Ankara şəhərinə işgüzar səfərə gedib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 713   Tarix: 13 avqust 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Ermənilərin 30 ildə darmadağın etdiyi kənddəki bərpa işlərindən görüntülər - VİDEO

Laçın rayonunun Sus kəndinə Böyük Qayıdış üçün son tamamlama işləri aparılır. 25 hektar ərazini əhatə edən Sus kəndində hər bir evin 12 sot həyətyanı sahəsi var. Burada ümumilikdə 59 ev tikilib. Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktor müavini Vüqar İmranov bildirib ki, bu evlərin 13-ü ik

04.05.2024 177
.

Əli Əsədov Türkiyəyə səfər edəcək

Azərbaycan və Türkiyə arasında may ayının 8-də Ankarada iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası və biznes-forumu keçiriləcək. Bu barədə Türkiyənin Ankara Sanayi Odasından (Ankara Sənaye Palatası) məlumat verilib. Bildirilib ki, "Türkiyə-Azərbaycan Hökumətləraras

04.05.2024 147
.

Azərbaycanda zəlzələ olub

Tovuzda zəlzələ olub. Bu barədə AMEA-nın nəzdindəki Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib. Zəlzələnin gücü 3,1 bal, dərinliyi isə 8 kilometr olub. Seysmik təkanlar yerli vaxtla 13:46-da qeydə alınıb

04.05.2024 330
.

Türkiyə şəhid verdi

Türkiyə Ordusunun hərbçisi şəhid olub. "Qafqazinfo" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunur ki, ötən gün "Pençe" əməliyyatı bölgəsindəki posta ildırım düşməsi nəticəsində Türkiyə Silahlı Qüvvələrinın hərbi qulluqçusu Ata Göçmen yaralanara

04.05.2024 211
.

Macarıstan XİN: NATO qoşunlarının Ukraynaya yerləşdirilməsi ilə üçüncü dünya müharibəsi başlayacaq

NATO qoşunlarının Ukraynaya yerləşdirilməsi üçüncü dünya müharibəsi demək olacaq. "Report" xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib. Nazirin sözlərinə görə, avropalı siyasətçilər müharibədə iştirak etmək yollarını axtarmaqdansa, sülhə nail olmaq üçün çalışmalıdırlar

04.05.2024 163
.

Rusiya Ukraynanın keçmiş prezidentini axtarışa verdi - FOTO

Rusiyanın Daxili İşlər Nazirliyi (DİN) Ukraynanın keçmiş prezidenti Petro Poroşenkonu axtarışda olanlar siyahısına daxil edib. Belə bir sənəd nazirliyin məlumat bazasında peyda olub. "1965-ci il təvəllüdlü, Bolqrad şəhərində anadan olmuş Poroşenko Petro Alekseyeviç cinayət maddəsi ilə axtarışdadır"

04.05.2024 175
.

ABŞ institutu: Ukrayna müharibənin yeni mərhələsi ilə üz-üzədir

Ukrayna müharibənin yeni mərhələsi ilə üz-üzədir. "Report" xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun son hesabatında yazılıb. Qeyd olunub ki, Ukraynanın ciddi sursat çatışmazlığı var: "Amma Kiyev hələ ki, cəbhə xəttini qorumağı bacaracaq. Ukrayna rəsmiləri bildiriblə

04.05.2024 103
.

Səfir: Qazaxıstan Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına töhfə verməyə hazırdır

Qazaxıstan Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına töhfə verməyə hazırdır. "Report" xəbər verir ki, bunu Rusiyanın Qazaxıstandakı səfiri Dauren Abayev TASS-a müsahibəsində deyib. O bildirib ki, Qazaxıstan bütün proseslərə kömək etməyə hazırdır: "Bu, həm də Rusiya

04.05.2024 131
.

Stomatoloq seçərkən nələrə diqqət etməliyik? - VİDEO

"Tibbə əlaqəsi olmayan insanlar, stomatoloq kimi fəaliyyət göstərənlər, pasiyentlərin sağlamlığında ciddi tibbi problemlər yaradırlar". Bu sözləri ARB TV-nin efirində yayımlanan verilişlərin birində stomatoloq Fərid Zeynalov deyib. O, vətəndaşların həkimə müraciət etməzdən əvvəl həkim haqqınd

04.05.2024 111