"Doğum günümü qeyd etməyəcəm" - SƏBƏB - FOTO

"Doğum günümü qeyd etməyəcəm" - SƏBƏB - FOTO

Bu gün tanınmış aktrisa Mehriban Xanlarovanın doğum günüdür.

BiG.AZ "Ölkə.Az’’a istinadən xəbər verir ki, aktrisa bununla bağlı ‘’İnstagram’’ hesabında paylaşım edərək doğum gününü qeyd etməyəcəyini bildirib.

‘’Bildiyiniz kimi, 12 avqust mənim doğum günümdür. Özəl günlərimdə hər zaman sizlərdən, ailəmdən, xalqımdan diqqət, qayğı və sevgi görmüşəm. Lakin bu il doğum günümü qeyd etməyəcəm. Səbəbi isə mənfur düşmənlərimiz tərəfindən yaşanan xoşagəlməz hadisələrdir. Şəhidlərimizin, generalımın qırxı çıxmamış, şəhid analarının gözü yaşlı ikən doğum günü qeyd etmək mənə yaraşmaz. Bu səbəbdən təbriklərinizi qəbul etməyəcəm. Göstərdiyiniz anlayış üçün ilk öncədən təşəkkürümü bildirirəm’’ -deyə, o qeyd edib.

"Doğum günümü qeyd etməyəcəm" - SƏBƏB - FOTO

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Şou biznes Oxunub: 2056 Tarix: 12.08.2020


Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol